16:21
10°C
Bakı
Rumıniyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Buxarestdəki "Tey" parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Milli Məclisin sədri abidənin önünə əklil qoyub.
Xatırladaq ki, 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Buxarestdə Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Buxarestdə abidəsinin qoyulması Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının təzahürüdür.