Hakan Fidan: “Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh üçün sərf etməyin vaxtıdır
Siyasət
1688
10 Oct 2023 | 17:05

Hakan Fidan: “Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh üçün sərf etməyin vaxtıdır"

“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

O, Şuşada olmaqdan məmnunluğunu ifadə edib:

“Toplantının qədim Şuşada təşkil edilməsi xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycanlı qardaşlarımızı 30 illik işğala son verdikləri və tarixi ədalətsizliyi aradan qaldırdıqları üçün alqışlayırıq”.

Nazir, həmçinin, Cənubi Qafqazda yeni dinamikanın formalaşmasının və Zəngəzur dəhlizinin açılmasının İƏT-in bütün üzvlərinin xeyrinə olduğunu bildirib.

Link kopyalandı!
Son xəbərlər