Serbiya Milli Assambleyasının sədri:
Siyasət
1831
06 Oct 2023 | 11:40

Serbiya Milli Assambleyasının sədri: "Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrimizxa0mövcuddur"

"Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələri mövcuddur".

Bunu Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edilib.

Bundan əlavə, münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlın vacibliyi vurğulanıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər