
Qarşılıqlı təcrübə əldə etmək Azərbaycanda Milli Şəhərsalma Forumun keçirilməsi əhəmiyyətlidir.
Bunu bu gün Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçısı, Meksikanın Şəhərsalma İdarəsinin nümayəndəsi Rohel Alkoser Qomez jurnalistlərə açıqlamasında deyib.
"Dünyada həyata keçirilən şəhərsalma proseslərində aktiv iştirak etmək istəyirik. Azərbaycanda olmaq da bizim üçün öyrənmək, qarşılıqlı münasibətləri inkişaf etdirmək, burada görülən işlər barədə məlumatlanmaq baxımından çox vacibdir", - R.A.Qomez deyib.
Onun sözlərinə görə, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və memarlıq sektoruna aid qurumlar ilə müəyyən əməkdaşlıq planları var: "Bununla bağlı növbəti görüşün 2024-cü ildə Meksikada təşkil etməyi düşünürük”.





























