05:35
9°C
Bakı
Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Tim Makfi bildirib ki, Brüssel və Bakı arasında Azərbaycandan Avropa İttifaqına qaz nəqlinin artırılmasına dair razılaşma var.
“Hazırda Azərbaycanla qaz tədarükünü artırmaq və bərpa olunan mənbələr də daxil olmaqla, gələcək üçün enerji tərəfdaşlığı yaratmaq üçün anlaşma memorandumu mövcuddur”, - sözçü cümə günü Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun gətirdiyi rəqəmlərə görə, Azərbaycan 2021-ci ildə Avropa İttifaqına 8,1, 2022-ci ildə isə 11,3 milyard kubmetr qaz tədarük edib.
“Anlaşma memorandumunun məqsədi gələcəkdə qaz tədarükünü ildə 20 milyard kubmetrə çatmaqdır”, - AK nümayəndəsi qeyd edib.
Mənbə: İnterfaks