![Macarıstan Aİ-nin Qarabağla bağlı anti-Azərbaycan bəyanatını bloklayıb](https://moderator.az/cphoto/670x420/2023/09/22/1695365857_380808109_1248012585880719_6632421594563340450_n.jpg)
Macarıstan Avropa İttifaqının (Aİ) Qarabağdakı vəziyyətlə bağlı ümumi bəyanatını bloklayıb.
Bu barədə Avropa diplomatik mənbələrə əsasən, “Trend” xəbər verir.
Məlumata görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı antiazərbaycan qərəzli bəyanatı əvvəlcə bütün 27 Aİ ölkəsinin birgə bəyanatı olmalı idi, lakin Macarıstan buna veto qoyub.
Qeyd edək ki, Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərk-silah edilməsi və Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərə, tikinti-bərpa işlərinə cəlb olunmuş dövlət qulluqçularına və Azərbaycan hərbi qulluqçularına, o cümlədən Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpasına yönəlmiş rayonda lokal antiterror tədbirləri həyata keçirilib.
Cəbhə xəttində və dərinlikdə yüksək dəqiqlikli silahlardan istifadə etməklə keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, həmçinin döyüş vasitələri və hərbi obyektləri yararsız hala salınıb. Mülki əhali və mülki infrastruktur hədəfə alınmayıb, yalnız qanuni hərbi hədəflərə zərər yetirilib.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 20 sentyabr 2023-cü il tarixində saat 13:00-da aşağıdakı şərtlər daxilində yerli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə edilib: Ermənistan silahlı qüvvələri, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən erməni qeyri-qanuni silahlı birləşmələri təslim olur, döyüş mövqelərini və hərbi postlarını tərk edərək tamamilə tərksilah olurlar; Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazisini tərk edir, Ermənistanın qanunsuz silahlı birləşmələri ləğv edilir.
![Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722082644_46.jpg)
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)