Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN
Oxunub: 2421
22 Sep 2023 | 08:55
Ceyhun Bayramov BMT TŞ-nın iclasında çıxış edib - TAM MƏTN

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının 9422 saylı iclasında bəyanatla çıxış edib.

Moderator.az bəyanatın tam mətnini təqdim edir:

“Təhlükəsizlik Şurasının Albaniya Prezidentliyinə, Şuranın bu iclasına qatılmağa imkan yaratdığı üçün təşəkkür edirəm. Ermənistanın BMT Təhlükəsizlik Şurasını beynəlxalq ictimaiyyəti yanıltma kampaniyası üçün istismar etməsi məyusedici olsa da, Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə Şura və daha geniş beynəlxalq ictimaiyyətə məlumat vermək üçün bu imkandan istifadə edə bilərik.

Əslində öncəliklə vurğulamaq lazımdır ki, Ermənistanın Şuraya müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır. Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir, bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir.

Bu həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda, ərazidə anti-terror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranmışdır. Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçisi ilə artıq çoxdan gecikmiş görüşü bu gün Azərbaycanın Yevlax şəhərində baş tutdu.

Görüşdə yerli erməni sakinlər üçün dialoq məqsədilə Azərbaycan Hökuməti tərəfindən təyin edilmiş xüsusi nümayəndə Hökumətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini təqdim etmiş və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir.

Belə bir dialoq Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı. Ermənistanın Azərbaycanın Qarabağ regionunun dinc sakinlərinə hücumu kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışdığı məsələ, əslində Azərbaycanın BMT Nizamnaməsi əsasında özünün suveren ərazisində qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək ilə bağlı hüquqları ilə tam uyğun olan antiterror tədbirləridir.

Ermənistan özü beynəlxalq öhdəliklərinə nümayişkaranə şəkildə əməl etməməklə Azərbaycanın bu tədbirləri görməsini qaçılmaz etmişdir. Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının Azərbaycan tərəfindən pozulmasına dair Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri də eyni şəkildə əsassızdır. Tam əksinə, Ermənistan özü qeyd olunan sənədin Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin çıxarılmasına dair öhdəliklərinə açıq şəkildə əməl etməmişdir.

Bu bəyanatın imzalanmasından ötən son üç il ərzində Ermənistan tank və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxlüləli raket sistemləri, minaatanlar, elektromaqnitik döyüş vasitələri və digər hücum vasitələri kimi ağır silahlarla təchiz olunmuş 10 min nəfərdən artıq silahlı birləşmələri Azərbaycan ərazisində saxlamağa davam etmişdir.

Bu qanunsuz silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi-texniki, logistik və maliyyə dəstəyi ilə, o cümlədən Laçın yolundan sui-istifadə etməklə saxlanırdı. Bu, Ermənistanın özünün revanşist siyasi məqsədləri üçün Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq cəhdinin tərkib hissəsi olmuşdur. Anti-terror tədbirləri Ermənistanın Üçtərəfli Bəyanata əsasən Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirmişdir.

Sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postu ələ keçirilmiş, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sistemləri zərərsizləşdirilmişdir. Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etmişdir.

Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf edilmişdir. Azərbaycan bir neçə həftədir Ermənistan tərəfindən gücləndirilmiş mühəndis-istehkam fəaliyyətləri və qüvvə toplanması fonunda gözlənilən hərbi avantüra barədə xəbərdarlıqlar edirdi.

Biz döyüş mövqelərinin intensiv olaraq şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş qüvvələri ilə gücləndirilməsi, ön birliklərin döyüş hazırlığının artırılması, əlavə səfərbərlik birliklərinin yaradılması, Azərbaycan Silahlı Qüvvələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, eləcə də təxribat törətmək məqsədilə artıq minalardan təmizlənmiş ərazilərə yeni minalar yerləşdirmək üçün silahlı qüvvələrimizin mövqelərinə sızma cəhdlərini qeydə alır və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdıq.

Ermənistan silahlı qüvvələri tərəfindən, son aylarda müxtəlif çaplı silahlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin mütəmadi olaraq atəşə tutulması, ərazilərimizin davamlı minalanması, döyüş mövqelərinin gücləndirilməsi, eləcə də Qarabağ regionunda səngər və hərbi sığınacaqların sayının artırılması gərginliyi daha da artırmışdı. Ermənistan Baş naziri Qarabağ regionu daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə öncəki bəyanatının əksinə olaraq, Azərbaycan ərazisində yaradılmış qanunsuz qondarma qurumun “ildönümü” ilə bağlı “təbrik mesajı” göndərməklə növbəti olduqca təxribatçı bir addım atmışdır.

Bu addım, bir daha Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etmədiyini və bütün mümkün imkanlardan, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyindən istifadə etməklə ərazimizdə separatizmi alovlandırmağı dayandırmaq niyyətinin olmadığını sübut edir.

Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində yaradılmış qondarma rejimin qurama “prezident seçkiləri” bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarakterli addım idi. Ermənistan bu addımları ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi əvvəlki bəyanatlarını mahiyyətcə heçə endirmək məqsədi güddüyünü açıq şəkildə ortaya qoydu. Bu, Ermənistanın sülh müqaviləsi üzrə danışıqları xoşməramla aparmadığını nümayiş etdirdi.

Ermənistanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdləri, Azərbaycana qarşı qondarma “blokada” və “humanitar böhran” kimi uydurma ittihamlar əsasında bütün dünyada aparılan qarayaxma kampaniyası ilə eyni zamanda baş verirdi. 18 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin ehtiyaclarını ödəmək üçün humanitar yüklərin çatdırılması məqsədilə bir neçə marşrutdan istifadə etməklə bağlı təklifinin həyata keçirilməsi ilə Ermənistanın qarayaxma kampaniyası mahiyyət etibarilə iflasa uğradı.

Beləliklə, bir neçə beynəlxalq aktorun, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin fəal diplomatik səyləri nəticəsində Ermənistan və onun tabeçiliyində olan qondarma rejimin qanunsuz maneələri ilə bir neçə həftəlik süni ləngimədən sonra nəhayət, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Ağdam və Laçın vasitəsilə humanitar yüklərin eyni vaxtda çatdırılması həyata keçirildi. Özünün saxta rəvayətlərini qondarma “humanitar gündəm” adı altında beynəlxalq ictimaiyyətə yeridə bilməyən Ermənistan növbəti gün, 2023-cü il sentyabrın 19-da yenidən yaradıla biləcək gərginliyin Azərbaycana qarşı ittiham oyununa kömək edəcəyinə ümid edərək hərbi təxribata əl atdı.

Erməni diversiya qrupunun Füzuli-Əhmədbəyli-Şuşa yolunda yerləşdirdiyi minaların partlaması nəticəsində 2 mülki yol inşaatçısı faciəvi şəkildə həlak oldu. 4 polis əməkdaşı isə həmin hadisəsinin baş verdiyi əraziyə baxış keçirməyə cəhd edərkən eyni bölgəyə yaxın yerdə quraşdırılmış növbəti minanın partlamasının qurbanı oldular. Eyni zamanda, bu partlayışlar Azərbaycanın daha 6 polisinin ağır yaralanmasına səbəb oldu.

Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub. Heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib. Qeyd edilməlidir ki, 2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2,728 mina aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 314 nəfər minaların qurbanı olmuşdur.

Erməni silahlı qüvvələrinin mülki və hərbi itkilərə səbəb olan təxribat əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri bu qanunsuz silahlı birləşmələri tərksilah etmək, Azərbaycanın mülki və hərbi heyətinin təhlükəsizliyinə hədə olan birbaşa təhlükəni zərərsizləşdirmək üçün lokal antiterror tədbirlərinə başladı.

Antiterror tədbirləri məhdud və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinə və rifahına qarşı mövcud təhdidə mütənasib şəkildə həyata keçirilib.

Antiterror tədbirləri müstəsna olaraq Azərbaycanın suveren ərazisindəki legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlmişdi. Beləliklə, bu tədbirlər Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi.

Azərbaycan humanitar hüquq normalarına tam uyğun şəkildə hərəkət edərək mülki şəxslərə və mülki infrastruktura dəyən zərərin qarşısını almaq üçün bütün tədbirləri gördü. Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə alması ilə bağlı ittihamlar foto və video dəlillərlə sübut olunduğu kimi əsassız və yalandır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror tədbirlərinin başladığı ilk dəqiqələrdən bir neçə dəfə ictimai bəyanatlar verərək mülki əhalini hərbi obyektlərdən uzaq durmağa çağırmışdır. Oxşar bildirişlər mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə də göndərilmişdir. Bu addım, Ermənistanın tabeliyində olan silahlı birləşmələrin yaşayış məntəqələri daxilində məsuliyyətsizcəsinə hərbi texnika və qurğuları yerləşdirmək ehtimalı nəzərə alınaraq atılmışdır.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq inzibati, sosial, təhsil, tibb, dini və digər obyektlərin mühafizəsi və təhlükəsizliyinin təmin ediləcəyini, qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi yardım, ləvazimat və digər yardımlar göstərəcəyini elan etmişdir. Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb. Bir sıra video görüntülərdən aydın şəkildə göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə dəyə biləcək yan təsirlərdən yayınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərbələr endirməkdən qəsdən çəkinib.

Məndən əvvəl səsləndirilən çıxışlar, o cümlədən Ermənistan nümayəndə heyətinin bəyanatında Azərbaycana qarşı əsassız ittihamların tirajlanması fonunda, mən sadəcə Şuranın diqqətini Ermənistan Baş naziri tərəfindən verilən, Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmaması və onlara qarşı kütləvi zarakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığının ictimai şəkildə təsdiq edildiyi ən son bəyanata cəlb etmək istəyirəm.

Əməliyyatın başladığı andan etibarən Azərbaycan tərəfi beynəlxalq tərəfdaşlar ilə təmaslarda ardıcıl şəkildə Ermənistan və onun tabeliyində olan Azərbaycan ərazisindəki qondarma rejiminin silahları yerə qoymağa və qanunsuz strukturlarını buraxmağa razılaşdığı anda, anti-terror tədbirlərinin dərhal dayandırılacağını bildirmişdir.

Beləliklə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandanlığı vasitəsilə yuxarıda qeyd olunan şərtlərin qəbulu təsdiqləndikdən sonra anti-terror tədbirləri 20 sentyabr 2023-cü il, Bakı vaxtı ilə saat 13:00-dan etibarən dayandırıldı. Ermənistanın yerli erməni sakinlərlə birgə yaratdığı, təlim keçdiyi və təchiz etdiyi qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə yanaşı, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı razılıq əldə olunub. Bu razılıq ərazidə olan Rusiya sülhməramlı kontingenti vasitəsilə əldə olunub və Ermənistana tabe olan qondarma qurum tərəfindən təsdiqlənib və ictimaiyyətə açıqlanıb.

Bu, Ermənistan Respublikasının həqiqətən də Azərbaycanın suveren torpağında hərbi cəhətdən mövcudluğunun olması və Üçtərəfli Bəyanatda Azərbaycan ərazilərindən qüvvələrini çıxarmaqla bağlı üzərinə götürdüyü öhdəliyini pozmasına dair əvvəllər sənədləşdirilmiş çoxsaylı faktlara daha bir əlavə idi. Ermənistanın belə bir hərbi mövcudluğu inkar etmək cəhdləri beynəlxalq ictimaiyyəti biabırçı şəkildə aldatmaqdan başqa bir şey deyildi.

Həmçinin, erməni əsilli sakinlərin Azərbaycana reinteqrasiyası ilə bağlı məsələlərin, o cümlədən onların Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində hüquqlarının və təhlükəsizliyinin birbaşa olaraq onların nümayəndələri ilə Azərbaycan mərkəzi hakimiyyəti arasında müzakirə olunması razılaşdırılıb. Qeyd etdiyim kimi, ilk belə görüş bu gün bir müddət öncə baş tutdu.

Beləliklə, Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri qarşıya qoyulan məqsədlərə nail oldu. Əgər Ermənistan Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu sülh yolu ilə çoxdan əldə oluna bilərdi. Bunun baş verməməsində günahkar yalnız Ermənistandır.

Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasına dair öhdəliklərini yerinə yetirməməsi Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı başlatdığı silahlı münaqişənin həlli istiqamətində bütün beynəlxalq səylərin uğursuzluğa düçar olmasına səbəb olub.

Ermənistanın Azərbaycanın suveren ərazisində davam etdirdiyi qeyri-qanuni hərbi mövcudluğu Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı normallaşma prosesinə, eləcə də münaqişəyə son qoyan və regionda tamamilə yeni reallıqların yaranmasına gətirib çıxaran 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin reinteqrasiyası səylərinə ən ciddi maneə olaraq qalmaqda idi.

Biz ardıcıl və geniş şəkildə prosesə cəlb olunmuş bütün beynəlxalq tərəfdaşların diqqətini bu cür qeyri-qanuni hərbi mövcudluq təhlükəsinə cəlb edirdik.

Təəssüf ki, bağlı qapılar arxasında öz legitim narahatlıqlarımızın etirafı tərəf müqabillərimizin praktiki addımlarında və ictimai mesajlarında öz əksini tapmadı. Ermənistanın məsuliyyətsiz, müharibəni qızışdıran bəyanatlarına və aqressiv hərəkətlərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiyanın olmaması bu ölkənin cəzasızlığına və bu kimi addımların atılmasına icazə verilməsinə töhfə oldu, bu da öz növbəsində daha çox hərbi və siyasi təxribatlara səbəb oldu.

Lakin bu ciddi yanlış hesablama idi. Erməni əsilli sakinlərlə Azərbaycanın mərkəzi hökumət rəsmiləri arasında birbaşa dialoqla müşayiət olunan tərksilah və demilitarizasiyanın praktiki icrasına başlandığı bir vaxtda beynəlxalq ictimaiyyət tərəfindən hazırkı vəziyyətin nəzərdən keçirilməsi aktuallıq və faydalılıq baxımından mövcud reallıqlara uyğun olmalıdır.

Birtərəfli və qərəzli, əsas etibarı ilə Təhlükəsizlik Şurasında bugünkü müzakirələrin çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır. Belə bir fəaliyyətə arxalanmaq artıq bir neçə dəfə uğursuzluqla nəticələnib.

Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır. Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırki həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir.

Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bir daha hər iki ölkənin legitim maraqlarına bərabər və qarşılıqlı hörmət əsasında səmimi dialoqa və danışıqlara hazır olduğunu təsdiqləyir. Ermənistanın ölkəmə qarşı hərbi təcavüzünün yaralarının hələ də sağalmamasına, şəhər və kəndlərimizin kütləvi dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, biz Ermənistana ədalətli və davamlı sülh təklifimizi bir daha təqdim edirik. Ümid edirik ki, Azərbaycanın təklifi nəhayət ki, bu ölkə tərəfindən qarşılıqlı şəkildə qəbul olunacaq.

Digər bir istiqamətdə Azərbaycan Respublikası, ölkəmizin Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin olunmasına dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir. Azərbaycanın müxtəlif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi vardır. Etnik erməni sakinlər bizim sülhsevər birgə yaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir.

Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır”.

Oxşar xəbərlər
N.Tusi adına Klinika
23:14, Bu gün
Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO
23:10, Bu gün
Almaniyada iki yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
23:04, Bu gün
Fələstin səfiri: “Şahidi olduqlarımızı bəşəriyyət İkinci Dünya müharibəsindən sonra görməmişdi” - VİDEO
23:01, Bu gün
“AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb
22:52, Bu gün
Bu diplomlar ölkəmizdə tanınmır
22:51, Bu gün
İsrailin BMT-dəki daimi nümayəndəsi: “HƏMAS soyqırımı törədən terror təşkilatıdır"
22:40, Bu gün
İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb
22:23, Bu gün
Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? - VİDEO
22:22, Bu gün
Qurban Qurbanov: “Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu”
22:22, Bu gün
Türkiyənin 100 illiyi tədbirləri çərçivəsində Praqada süni intellekt tədbiri keçirilib
22:12, Bu gün
İranda tələbələrə meyit yumaq öyrədilir - FOTO
22:05, Bu gün
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - VİDEO
21:50, Bu gün
Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu
21:43, Bu gün
Çempionlar Liqası oyunundan sonra dava: Millimizin futbolçusu döyüldü - VİDEO
21:34, Bu gün
BMT-nin baş katibi Qəzza zolağında 111 əməkdaşının öldüyünü AÇIQLADI
21:30, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid “Hərəkə” xalçası bərpa olunacaq - FOTO
21:22, Bu gün
Azərbaycanın iki güləşçisi hərbçilər arasında dünya çempionu olub - FOTO/VİDEO
21:21, Bu gün
Biləsuvarda kişi ona nisyə siqaret verməyən satıcını döydü - TƏFƏRRÜAT
21:20, Bu gün
Quterreş BMT-nin Qəzzada ölən əməkdaşlarının sayını açıqlayıb
21:17, Bu gün
Azərbaycanda zəlzələ olub - YENİLƏNİB
21:12, Bu gün
Bakını gecə ilə bir-birinə qatan sürücüyə hansı cəza verildi? - VİDEO
21:05, Bu gün
Razı olan, narazı qalan sahibkarlar "Açıq mikrofon"da - FOTOLAR
21:03, Bu gün
Finlandiya Rusiya XİN-ə nota göndərdi
20:55, Bu gün
İranın hicab qanunu şəriətə zidd imiş - VİDEO
20:43, Bu gün
Netanyahu İsrailin Qəzza sektorunda əməliyyatları bərpa edəcəyini təsdiqləyib
20:34, Bu gün
Erməni direktordan açıqlama: Yuxarı Lars keçid məntəqəsi əslində niyə bağlandı? - VİDEO
20:31, Bu gün
Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib
20:21, Bu gün
“Nikosayağı” bəraət ala bilər? - Hüquqşünas RƏYİ + FOTO/VİDEO
20:20, Bu gün
Azərbaycanlı hakim “Qalatasaray”ın oyununa təyinat alıb
20:19, Bu gün
İsrail Qəzzada 160-dan çox girov olduğunu bildirir
20:13, Bu gün
Naxçıvan MR 2024-cü il büdcəsi haqqında qanun təsdiq edilib
20:07, Bu gün
Azərbaycan Kuboku: "Sumqayıt" darmadağınla mərhələ adlayıb
20:05, Bu gün
Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib
20:04, Bu gün
Çeçenistan ilk Fələstin qaçqınlarını qəbul edib
19:57, Bu gün
Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıb
19:51, Bu gün
Bakının bəzi ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq
19:45, Bu gün
Nazir: "Azərbaycanın özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti var"
19:37, Bu gün
Özbəkistanın QHT təmsilçiləri Respublika Veteranlar Təşkilatının qonağı olub
19:37, Bu gün
Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var
19:34, Bu gün
“Bu xilas deyil, bu tələdəki yemdir”
19:32, Bu gün
Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub
19:23, Bu gün
Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu
19:20, Bu gün
"Xarici vətəndaşlara Rusiyanı ziyarət etmək təhlükəli olacaq" - Moskva yeni qanun layihəsi hazırlayıb
19:18, Bu gün
“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə nə qədər ABŞ dolları olacaq...”
19:13, Bu gün
İranda etnik ərəb edam edilib - FOTO
19:03, Bu gün
KİV: Ər-Riyad Tehrana münaqişənin Qəzzadan kənara çıxmaması üçün investisiya təklif edib
18:55, Bu gün
ADNSU-da Elmi Şuranın nöbvəti iclası keçirilib - FOTO
18:52, Bu gün
Dubayda iqlim konfransında Harris və Blinken ABŞ prezidentini əvəz edəcəklər
18:52, Bu gün
İran HƏMAS-a XƏYANƏT edir, Səudiyyə İsrailə... - İLGİNC DETALLAR
18:50, Bu gün
“Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir keçirilib - FOTOLAR
18:45, Bu gün
Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib
18:44, Bu gün
“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib
18:42, Bu gün
BSU-da “Düzgün CV, rezüme və istək məktubu necə yazılır?” mövzusunda təlim keçirilib - FOTO
18:41, Bu gün
Saatlı sakini odlu silahı və 412 ədəd patronu polisə təhvil verib
18:40, Bu gün
İstanbul Universitetinin dosenti UNEC tələbələrinə mühazirə oxuyub - FOTO
18:38, Bu gün
Günəşin tədqiqi üçün yeni cihaz istifadəyə verilib
18:37, Bu gün
Naxçıvan polisi tərəfindən son 1 ayda 67  nəfər saxlanılıb
18:32, Bu gün
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
18:28, Bu gün
Polşada məktəbə hücum olub, yaralananlar var
18:23, Bu gün
Əfsanə Cəfərovaya hökm oxundu: "Qaynanam 10 dəqiqə müqavimət göstərdi..." - TƏFƏRRÜAT + VİDEO
18:23, Bu gün
Ekspert: "Azərbaycan ekoloji tarazlığın təmin olunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib"
18:16, Bu gün
“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırıldı  - FOTOLAR
18:15, Bu gün
Ali Məhkəmədə Misir Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
18:13, Bu gün
Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir
18:02, Bu gün
Qadın voleybolçular arasında Azərbaycan çempionatında III tura start verilib
17:56, Bu gün
AQTA 14 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI
17:53, Bu gün
Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB
17:51, Bu gün
Qərbin növbəti qərəzi - "Netflix" Azərbaycana qarşı film çəkir
17:48, Bu gün
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi "Qalatasaray"ın oyununa təyinat alıb
17:45, Bu gün
"Vətən sənə hər şeyi verib!" - satqın aktyor "səhvlərini anlayıb" və Donbasa kömək edir
17:41, Bu gün
Toivo Klaar: “Ankarada Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunub” - FOTO
17:38, Bu gün
Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub
17:35, Bu gün
DİN tədbirləri davam etdirir: Silah-sursat təhvil verildi - FOTO
17:32, Bu gün
Lars düyünü: Rusiyanın təzyiqi, Ermənistanın boyun əyməsi - ŞƏRH + FOTO
17:28, Bu gün
"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adladı
17:25, Bu gün
Respublika QİÇS-lə Mübarizə Mərkəzində BDU tələbələri ilə görüş keçirilib - FOTO
17:20, Bu gün
Məzunlar 25 il sonra görüşüblər: 1966-cı ildən nadir görüntülər - VİDEO
17:15, Bu gün
Politoloq: "ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqdan narazıdır"
17:10, Bu gün
“Dünyada ikili stantartlar mövcud olduqca mülki insanların faciələri davam edəcək” - RƏY + FOTO
17:05, Bu gün
İlber Ortaylıdan Aytən Səfərovaya: “Bizim aparıcılara dərs keçin” - VİDEO
17:00, Bu gün
Ukraynanın vitse-spikeri: “Ölkəmizin 200 min kvadrat kilometr ərazisi minalanıb”
16:57, Bu gün
Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı
16:54, Bu gün
“Deputatların çoxu əsgərlikdə olmayıb” - Polkovnikdən xidmət vaxtının uzadılmasına ETİRAZ
16:50, Bu gün
Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi
16:46, Bu gün
DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edildi - SİYAHI
16:44, Bu gün
"Putin Nikolayev, Odessa və İzmail şəhərlərini ələ keçirməyi planlaşdırır" - Xersonun işğalçı rəhbəri
16:42, Bu gün
Daha 17 ailə Laçına çatıb, onlara mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO
16:41, Bu gün
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək - FOTO
16:36, Bu gün
Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi
16:33, Bu gün
Əlisəttar Quliyev : “Qurbanov filmi ilk dəfə zalda hamı ilə birlikdə izlədi” - MÜSAHİBƏ + FOTO
16:29, Bu gün
Uyğurların maraqlı həyatı - VİDEO
16:24, Bu gün
“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi
16:22, Bu gün
Azərbaycan Kuboku: “Neftçi”nin rəqibi bəlli olub
16:20, Bu gün
Milli Məclisin komitə sədri erkən nikahlara görə axundları ittiham etdi
16:15, Bu gün
Azərbaycanın ədalətli müharibə modeli: Dünya bundan dərs götürməlidir - ŞƏRH + FOTO
16:10, Bu gün
Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olundu
16:05, Bu gün
Ünvan Qazax: Azərbaycanla Ermənistan “birbaşa hadisə yeri”ndə - TƏHLİL
16:02, Bu gün
Azərbaycanda vəzifəli şəxslər cərimələndi
16:01, Bu gün
Telli Borçalı: “Səhvim olsa, kişi meyitimi sərsin” - VİDEO
15:59, Bu gün
Tanınmış yazarların Şuşa və Laçına infoturu təşkil edilib - FOTO/VİDEO
GÜNLÜK
08:12, Bu gün
Erməni deputat Bakıda yaşamağa hazır olduğunu bəyan etdi, amma...
10:09, Bu gün
“Verilişlərdə şəxsi həyatım, geyimim haqda sual verərlərsə mikrofonu qoyub gedərəm”-Almaz Orucova şərt kəsdi-FOTO+ÖZƏL
00:30, Bu gün
“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” - ŞƏRH + VİDEO
12:01, Bu gün
“Uşaqlar, vallah, rüşvət alıb-verməkdən xilas olmaq lazımdır...”- Əsildar Hüseynov
28 Nov 2023 | 23:45
HƏMAS-ın azad etdiyi və saxladığı girovların sayı məlum oldu
28 Nov 2023 | 23:57
Ermənistanda bəzi Rusiya vətəndaşlarının hesabları bağlanacaq
28 Nov 2023 | 23:41
Qarabağın “giriş qapısı” Ağdamda altı hərəkət zolaqlı yol inşa edilir - VİDEO
28 Nov 2023 | 23:24
Baydenin oğlu prezidentin impiçmenti üzrə Konqresdə ifadə verməyə hazırdır
00:27, Bu gün
Netanyahu Qəzza ilə bağlı İsrailin planını açıqladı
28 Nov 2023 | 23:36
Burkina-Fasoda silahlılar 40 dinc sakini öldürüb
HƏFTƏLİK
25 Nov 2023 | 08:22
Şahramanyan dedi ki, 23 saatlıq əməliyyatdan sonra...
25 Nov 2023 | 01:13
Builki qəbul imtahanlarında əsaslı yeniliklər – Əlavə vaxt və …
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
23 Nov 2023 | 11:19
Dövlətçilik tariximizə dahiyanə baxış: Keçmiş Heydər Əliyevin gözü ilə...
AYLIQ
08:12, Bu gün
Erməni deputat Bakıda yaşamağa hazır olduğunu bəyan etdi, amma...
10:09, Bu gün
“Verilişlərdə şəxsi həyatım, geyimim haqda sual verərlərsə mikrofonu qoyub gedərəm”-Almaz Orucova şərt kəsdi-FOTO+ÖZƏL
00:30, Bu gün
“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” - ŞƏRH + VİDEO
12:01, Bu gün
“Uşaqlar, vallah, rüşvət alıb-verməkdən xilas olmaq lazımdır...”- Əsildar Hüseynov
28 Nov 2023 | 23:45
HƏMAS-ın azad etdiyi və saxladığı girovların sayı məlum oldu
28 Nov 2023 | 23:57
Ermənistanda bəzi Rusiya vətəndaşlarının hesabları bağlanacaq
28 Nov 2023 | 23:41
Qarabağın “giriş qapısı” Ağdamda altı hərəkət zolaqlı yol inşa edilir - VİDEO
28 Nov 2023 | 23:24
Baydenin oğlu prezidentin impiçmenti üzrə Konqresdə ifadə verməyə hazırdır
00:27, Bu gün
Netanyahu Qəzza ilə bağlı İsrailin planını açıqladı
28 Nov 2023 | 23:36
Burkina-Fasoda silahlılar 40 dinc sakini öldürüb