![Teymur Rəcəbov Levon Aronyanın təxribat xarakterli bəyanatına cavab verib](https://moderator.az/cphoto/670x420/2023/09/18/1695055607_1bd5ec74-0a8e-3190-8990-8fda02a2f7ba_850.jpg)
“Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəyiblər və təkcə şahmat şahmat lövhəsi arxasında yox, həm də açıqlamalarında dürüstlüyü qorumağa borcludurlar. Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil”.
Bu fikirləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb.
“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyir və yazırdı ki, guya əlinə silah alıb müharibəyə getməyə hazırdır. Təbii ki, Azərbaycana qarşı döyüşmək üçün. Amma riyazi təfəkkürə malik olan Aronyan, görəsən, bu bəyanatı ilə faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə töhfə verdiyini düşünürdümü?”, - T.Rəcəbov yazıb.
Onun sözlərinə görə, şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən insanları birləşdirir, bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, hətta Soyuq Müharibə dövründə belə şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.
“Ermənilərlə azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birgə çalışıb, sevinib, kədərlənib. Lakin ötən əsrin 90-cı illərində erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlüklər” ilə bağlı ideyaları qonşularımızın, eləcə də Qarabağ ermənilərinin, Azərbaycan vətəndaşlarının şüuruna hopub.
44 günlük İkinci Qarabağ müharibəsindən sonra - Azərbaycan Silahlı Qüvvələrinın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan 7 rayonu işğaldan azad edərək Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur edəndə isə Levon Aronyan susmuşdu”, - azərbaycanlı şahmatçı qeyd edib.
“Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri, bütün evlərin və tikililərin xarabalığa çevrildiyini göstərəndə Aronyan susurdu. Aronyan erməni işğalçıları tərəfindən Yer üzündən silinən, Qafqazın Hirosiması – Ağdam barədə də, dağıdılan və ya tövlələrə çevrilən məscidlər və ibadət evləri barədə də, vəhşicəsinə işgəncələrə məruz qalan və qətlə yetirilən on minlərlə azərbaycanlı barədə də, Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə yaşatdığı misilsiz iztirablar barədə də heç nə demirdi. O, inadla susurdu. İndi isə yenə danışmağa başlayıb”, - deyə T.Rəcəbov qeyd edib və L.Aronyanın “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək Azərbaycana qarşı ittihamlar səsləndirdiyini xatırladıb.
“Ağdam-Xankəndi yolu işləyərkən, keçid məntəqəsi işləyərkən, hər iki istiqamətdə hərəkət edən yüklərin görüntüləri hamıya əlyetən olarkən hansı “blokada”dan danışmaq olar?! Məhz Azərbaycanın səyi ilə hər iki yol - Ağdam-Xankəndi və Laçın- Xankəndi yolları işləməyə başladı. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, həm dünya ictimaiyyəti, həm də bu yaxınlarda Ermənistanın özü tərəfindən tanınıb. Və orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Azərbaycan dövlətinin təklif etdiyi ərzaq məhsullarını qəbul etməlidirlər, daha Ağdam-Xankəndi yolunu bağlamamalıdırlar”, - T.Rəcəbov vurğulayıb.
“Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etimadının açarıdır. Hər bir yalan açıqlama şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir. Unutmamalıyıq ki, qrossmeysterlər söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”, - azərbaycanlı şahmatçı bildirib.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)