Ukrayna səfiri: “Laçın gözəlliyi ilə heyran edir”
2006
26 Aug 2023 | 18:10

Ukrayna səfiri: “Laçın gözəlliyi ilə heyran edir”

“Laçına səfər etdim, gözəlliyi ilə heyran edir”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “X”də yazıb.

“İnfrastruktur layihələrinin icra sürəti heyranedicidir. Tədricən həyat işğaldan azad edilmiş ərazilərə qayıdır. Biz həmçinin Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərini yenidən quracaq və onlara həyatı qaytaracağıq”, - deyə paylaşımda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər