Ombudsmanın nümayəndələri Azərbaycan sərhədini pozan erməni diversanta baş çəkib
Siyasət
1701
24 Aug 2023 | 19:48

Ombudsmanın nümayəndələri Azərbaycan sərhədini pozan erməni diversanta baş çəkib

Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan sərhədini pozan erməni diversant Qaqik Voskanyana baş çəkib.
 
Bu barədəModerator.az-a Ombudsman Aparatından məlumat verilib.
 
Bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.
 
Başçəkmə zamanı bu il avqustun 16-da terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.
 
Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.
Link kopyalandı!
Son xəbərlər