01:02
4°C
Bakı
Ermənistanın Baş naziri Nikol Paşinyana çətir atan qadın Narine Asatryanı 2 ildən 5 ilə qədər həbs gözləyir.
Bu barədə datalex.am hüquqi informasiya portalı məlumat yayıb.
Asatryan vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılığa cəhddə ittiham olunur.
Cinayət işi avqustun 17-də baxılması üçün məhkəməyə təqdim edilib.
Xatırladaq ki, 2023-cü il aprelin 10-da Paşinyanın işgüzar səfəri zamanı baş verib. Qadın Baş nazirə çətir atsa da, çətir ona dəyməyib. Hadisədən dərhal sonra cinayət işi başlanıb.