CBC-nin Fransanın Malidəki müstəmləkə siyasətinə dair sənədli filmi Afrikada rezonans doğurub - VİDEO
2099
19 Aug 2023 | 16:36

CBC-nin Fransanın Malidəki müstəmləkə siyasətinə dair sənədli filmi Afrikada rezonans doğurub - VİDEO

CBC telekanalının Fransanın Malidəki müstəmləkə siyasətindən bəhs edən “Mali: Fransız müstəmləkə irsinin öhdəsindən gəlmək” adlı sənədli filmi Afrikada geniş rezonans doğurub.
 
Moderator.az xəbər verir ki, 46 dəqiqəlik sənədli film Fransanın Afrika ölkələri, xüsusilə Mali ilə bağlı siyasətinin özəlliklərindən bəhs edir.
 
Ümumilikdə film fransızların xüsusi qəddarlıqla fərqləndiyi və çoxəsrlik dövlətçiliyi məhv etdiyi Malidə müstəmləkəçiliyin necə baş verdiyindən bəhs edir.

Link kopyalandı!
Son xəbərlər