Abdullahian: “Azərbaycan səfirliyinə basqın edən şəxs ən ciddi şəkildə cəzalandırılacaq”
2215
15 Aug 2023 | 20:10

Abdullahian: “Azərbaycan səfirliyinə basqın edən şəxs ən ciddi şəkildə cəzalandırılacaq”

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə ən ağır cəza tətbiq olunacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

Bu barədə İran mətbuatı məlumat yayıb.

O, qərarın İranın məhkəmə orqanları tərəfindən veriləcəyini qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Rəsmi Bakı hücumu terror aktı kimi qiymətləndirib.

Link kopyalandı!
Son xəbərlər