Avropanın ikiüzlü siyasəti: “Bir aydan sonra ancaq Ağdam yolu haqqında danışacaqlar” - VİDEO
Siyasət
1590
03 Aug 2023 | 21:03

Avropanın ikiüzlü siyasəti: “Bir aydan sonra ancaq Ağdam yolu haqqında danışacaqlar” - VİDEO

Avqustun 1-də Avropa Parlamentinin “üç muşketyoru” bizi yeni “qılınc zərbələri”nə məruz qoyub. Lakin xoşbəxtlikdən onların bu zərbələri həmişəki kimi küt və effektsiz olub.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.

“Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndəliyinin rəhbəri Marina Kalyurand (Estoniya), Avropa Parlamentində Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev (Bolqarıstan) və Azərbaycan üzrə daimi məruzəçi Jeliana Zovko (Xorvatiya) “Qarabağda ciddi humanitar böhran haqqında” dramatik başlıqlı birgə bəyanat yayıblar. “AP-nin möhtəşəm üçlüyü”nün bu günlərdə analoji əməlini xatırlatmaq yerinə düşər. Hələ cari ilin yazında adıçəkilən parlamentarilər birgə bəyanat qəbul etmiş və Azərbaycan tərəfindən “Laçın” SBM-in qurulmasından narazılıqlarını ifadə etmişdilər”, - deyə videomaterialda qeyd olunur.

Vurğulanır ki, “üçlüyün bəyanatı”nda bir müsbət amil var ki, o da Ağdam yolunun mövcudluğunun dilə gətirilməsi faktıdır.

 

“Hazırda Avropa ehtiyatla Ağdam yolunun mövcudluğunu təsdiqləyir. Amma sabah bunu açıqca deyəcək, bir aydan sonra isə ancaq Ağdam yolu haqqında danışacaq”, - videomaterialda bildirilir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Link kopyalandı!
Son xəbərlər