Müdafiə sənayesi naziri Mədət Quliyev "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Milli müdafiə naziri təyin edilməsi münasibətilə Yaşar Güləri təbrik edən Mədət Quliyev daha sonra Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində olan uğurlu əməkdaşlıq barədə danışıb.
Görüş zamanı qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 25-28 iyul tarixlərində keçirilən "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.