Özbəkistanın Baş naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib
Siyasət
1613
27 Jul 2023 | 10:00

Özbəkistanın Baş naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib

Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədovu ölkəsinə rəsmi səfərə dəvət edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, cari ilin 18-19 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Məktubda qeyd edilib ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb.

Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcəkdir.

Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib.

A.Aripov həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.

Link kopyalandı!
Son xəbərlər