Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb
Siyasət
1457
25 Jul 2023 | 20:43

Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb

Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirilib.

Onun sözlərinə görə, gündəliyə kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də daxil ediləcək: "Biz ölkələrimiz arasında İKT və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə edəcəyik".

"Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir biznes forumu təşkil olunub. Bu cür təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir. Bu il iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 10 faiz artıb", - nazir deyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər