Bizi sosial şəbəkələrdən izləyin:
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olunacaq.
Rusiya XİN-dən bildirilib ki, nazirlər həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas məsələlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ekspert və cəmiyyət xətti ilə təmaslar, parlamentarilərin dialoqunun başlanmasını müzakirə edəcəklər.
Məlumata görə, S.Lavrovun Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə ikitərəfli danışıqlarında Rusiya-Azərbaycan və Rusiya-Ermənistan arasında aktual əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. Bura siyasi, ticarət-iqtisadi və humanitar sahələri əhatə edən məsələlərin müzakirəsi daxildir.