Azərbaycanın yerli sığortaçıları vahid qiymətləndirmə ilə bağlı Rusiya təcrübəsini öyrənir
Siyasət
1416
18 Jul 2023 | 20:20

Azərbaycanın yerli sığortaçıları vahid qiymətləndirmə ilə bağlı Rusiya təcrübəsini öyrənir

Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və bir qrup sığorta şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycan sığortaçıları ilə Ümumrusiya Sığortaçılar Birliyi və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərliklərindən ibarət nümayən heyəti arasında görüş keçirilib.

Görüşdə yerli sığortaçılar sığortada vahid tənzimləmə və vahid qiymətləndirmə ilə bağlı Rusiya təcrübəsi ilə yaxından tanış olublar və bu təcrübənin yerli bazara uyğunlaşdırma imkanlarını araşdırıblar. Tərəflər, həmçinin iki ölkə arasında təcrübə mübadiləsinin yeni prioritetlərini də müzakirə ediblər.

Qeyd edək ki, yerli sığortaçıların Rusiyaya işgüzar səfəri iyulun 20-dək davam edəcək.

Müvafiq səfər Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında 2021-ci ildə imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində təşkil olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər