16:14
18°C
Bakı
Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləməkdə davam edir.
Bu barədə Böyük Britaniya səfirliyi tviter səhifəsində paylaşım edib.
“Britaniya Müdafiə Nazirliyinin nümayəndələri “Intelligence-Sec” şirkətinin Bakıda keçirdiyi minatəmizləmə fəaliyyəti və partlamamış hərbi sursatlardan müdafiə mövzusuna həsr olunmuş seminarda dəvət olunmuş məruzəçi qismində çıxış ediblər”, - paylaşımda deyilir.
Səfirlik həmçinin vurğulayıb ki, Böyük Britaniya Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir.