Prezident İlham Əliyev:
1591
11 Jul 2023 | 19:31

Prezident İlham Əliyev: "Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq"

"Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq, çünki qonşu ölkələrdən sifarişlər gəlir".

Bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Gəmiqayırma zavodumuzun mövcud daşıma imkanlarına hesablandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik”.

Link kopyalandı!
Son xəbərlər