Maqali Tinqal: “Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dedikləri həqiqətdir”
1481
05 Jul 2023 | 12:29

Maqali Tinqal: “Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dedikləri həqiqətdir”

“Prezident İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı dedikləri həqiqətdir”.
 
Bunu jurnalistlərə Yeni Kaledoniyanın müstəqilliyi uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi (FLNKS) hərəkatının BMT-dəki nümayəndəsi Maqali Tinqal-Lemen deyib.
 
"Mən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısındakı çıxışına görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. Onun dedikləri tamamilə həqiqətdir", - o bildirib.
 
Maqali Tinqal-Lemen Fransanın çox qəddar müstəmləkəçi olduğunu vurğulayıb. Onun sözlərinə görə, yerli əhali 2021-ci ildə Kaledoniyada təşkil edilən referendumun təxirə salınmasını istəsə də, Fransa bunun əksində israr edib. Nəticədə əhalinin 57%-i bu referendumda iştirak etməyib.
 
O qeyd edib ki, səslərinin eşidilməsini istəyən Kaledoniyanın Milli-Azadlıq Cəbhəsinin nümayəndələri mübarizəni davam etdirəcəklər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər