Avropa Komissiyasının rəhbəri: Aİ-ni Ukraynasız təsəvvür etmək mümkün deyil
1403
03 Jul 2023 | 20:20

Avropa Komissiyasının rəhbəri: Aİ-ni Ukraynasız təsəvvür etmək mümkün deyil

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqını Ukraynasız təsəvvür edə bilməyəcəyini bildirib.

O, bunu bu gün Madriddə İspaniyanın baş naziri Pedro Sançeslə İspaniyanın Aİ Şurasına sədrliyinin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

"Avropa İttifaqını (Aİ) Ukraynasız və ya Rusiya ilə Çinin təsiri altında qalacaq Balkan ölkələri olmadan təsəvvür edə bilərikmi? Mümkün deyil! Ona görə də biz yeni Aİ-nin necə görünəcəyini müzakirə etməliyik. Qərar vermə mexanizmi necə olacaq? Ümumi büdcə vəsaitlərinin bölüşdürülməsi necə olacaq, biz hansı ümumi proqramları həyata keçirəcəyik və yeni Aİ hansı güclü tərəflərə malik olacaq?”, - Leyen Aİ-nin gələcəyini necə gördüyü sualına cavab olaraq deyib.

Link kopyalandı!
Son xəbərlər