Almaniya kansleri Fransadakı zorakılığa qarşı çıxıb
Siyasət
1528
02 Jul 2023 | 20:00

Almaniya kansleri Fransadakı zorakılığa qarşı çıxıb

"Fransada zorakı cinayətlərə yol verilməməlidir, oradan gələn xəbərlər çox üzücüdür".

Bunu Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində deyib.

Şolts eyni iğtişaşların Fransada olduğu kimi Almaniyada da təkrarlanacağına dair heç bir əlamət görmür.

Fransa lideri Emmanuel Makronun Almaniyaya dövlət səfərini təxirə salmaq qərarına toxunan Şolts bildirib: "Fransa prezidentinin ölkədə qalmaq qərarını indi anlayıram. Mən də eyni şeyi edərdim".

Link kopyalandı!
Son xəbərlər