Entoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə:
Siyasət
1570
30 Jun 2023 | 09:50

Entoni Blinken Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə: "Ən çətin məsələlərin həlli sonraya qalıb"

"Ən çətin məsələlərin həlli sonraya qalıb".

Bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib.

O bildirib ki, razılığa nail olmaq nə qədər asan olsa da, bəzi hallarda çətinləşir: "Çünki ən mürəkkəb məsələlər hələ həllini tapmayıb".

Qeyd edək ki, iyunun 27-29-da C.Bayramov və A.Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Nazirlər Vaşinqtonda olarkən ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Azərbaycan XİN-in rəsmi məlumatına əsasən, XİN başçıları və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub.

Link kopyalandı!
Son xəbərlər