Azərbaycan XİN Uqandaya başsağlığı verib
1729
17 Jun 2023 | 17:34

Azərbaycan XİN Uqandaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məktəbdə törədilən terror aktı ilə əlaqədar Uqandaya başsağlığı verib.
 
Başsağlığı mətni nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.
 
"Uqandada məktəbdə terror hücumunu şiddətlə qınayırıq. Şagirdlərin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik", - XİN-dən bildirilib.
 
Qeyd edək ki, iyunun 17-də Uqandada silahlı şəxslərin orta məktəblərdən birinə hücumu nəticəsində azı 25 nəfər öldürülüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər