Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu gün Bakıya gələcək
3395
06 Jun 2023 | 10:15

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu gün Bakıya gələcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün Azərbaycana səfərə gələcək.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Hazırda xüsusi nümayəndə Klaar İrəvanda səfərdədir.

Toivo Klaar regionda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması ilə bağlı müzakirələri davam etdirəcək.

Link kopyalandı!
Son xəbərlər