İraqda həbsdə saxlanılan Azərbaycanın 3 qadın vətəndaşı ölkəmizə gətirilib
Siyasət
3320
01 Jun 2023 | 18:00

İraqda həbsdə saxlanılan Azərbaycanın 3 qadın vətəndaşı ölkəmizə gətirilib

Azərbaycanın hökuməti tərəfindən aparılan müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraqda məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş Azərbaycanın 3 qadın vətəndaşı ölkəmizə gətirilib.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

"Hazırda, İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb", - XİN-dən qeyd olunub.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər