11:45
6°C
Bakı
Albaniya Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
Bu barədə nazirliyin tviterində yazılıb.
Bildirilib ki, bu il həm də Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur: “Azərbaycanlı dostlarımızı Müstəqillik Günü münasibətilə təbrik edirik! Onlara region üçün firavan və dinc gələcək arzulayırıq”.
Həmçinin Polşa XİN də ölkəmizi təbrik edib: "Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və ən xoş arzularımızı bildiririk".
Serbiya XİN-in təbrikində isə bunlar qeyd olunub: "Biz ikitərəfli və çoxtərəfli dostluq münasibətlərimizi və əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik".