Türkiyəli nazir: “Millətimiz hər zaman doğru qərar verir”
Siyasət
3851
28 May 2023 | 15:15

Türkiyəli nazir: “Millətimiz hər zaman doğru qərar verir”

“Millətimiz hər zaman doğru qərar verir”.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, seçkilərin nəticəsinin uğurlu olacağına inamını ifadə edib: “Hər səsin rolu var. Ona görə də bütün vətəndaşlarımızı səsverməyə çağırıram. Bu, vətəndaşlıq borcudur”.

Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər