İlham Əliyev: İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır
3835
28 May 2023 | 13:43

İlham Əliyev: İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır

Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səslənddirib.

Prezident İlham Əliyev deyib: “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır”.

Link kopyalandı!
Son xəbərlər