
Ölkə prezidenti, cənab İlham Əliyevin 25 mayda Moskvaya səfəri və səfər çərçivəsində Avrasiya İqtisadi Birliyinin sammitində çıxışı, Rusiya prezidenti və Ermənistanın baş naziri ilə görüşü bir neçə baxımdan ölkəmizə ciddi dividentlər gətirdi.
İlk növbədə Prezidentimiz Ali qonaq kimi iclas zalına sammitə ev sahibliyi edən Rusiyanın prezidenti Vladimir Putinlə birgə daxil oldu. V.Putinin bu jesti İlham Əliyev şəxsiyyətinə verilən əhəmiyyətli dəyər idi. Daha sonra dövlət başçımızın yüksək səviyyəli çıxışı sammit iştirakçılarında böyük məmnunluq yaratdı və bu vəziyyət Paşınyana və həm də sammiti izləyən erməni seqmentinə agır psixoloji anlar yaşatdı.
Belə bir durum özünü Paşınyanın kəkələyə-kəkələyə sayıqlamasında da aydın şəkildə biruzə verdi.
Preziden İlham Əliyevin Paşinyanın Azərbaycana yönələn sərsəm, iftira və hiyləgər xarakterli "replikası"na təmkinli, ağayana və tutarlı cavabı baş naziri növbəti dəfə rəzil vəziyyətə saldı.
Açıq şəkildə bəlli oldu ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasında İlham Əliyev resepti həlledici rol oynayır.
Nəhayət, 20 dəqiqəlik üç tərəfli nizamlama görüşü Vaşinqton-Brüssel prosesinə V.Putinin diplomatik şəkildə "xeyir-dua" verməsi bir daha dövlət rəhbərimizin diplomatik məharətinin növbəti təntənəsi kimi tarixə düşdü.
Bu səfər hər birimizdə növbət dəfə qürur və iftixar hissləri doğurdu.
Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri





























