Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib
Oxunub: 3039
26 May 2023 | 00:35
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açdı.

Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti dedi:

- Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim.

Sonra Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış etdilər.

Təşkilatda müşahidəçi ölkə olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev iclasda videobağlantı vasitəsilə çıxış etdi, daha sonra Kuba Prezidenti Migel Diaz-Kanelin iclas iştirakçılarına videomüraciəti nümayiş olundu.

Rusiya Prezidenti Vladimir Putin dedi: Mən məmnuniyyətlə sözü qonaqlarımıza verirəm. Bir daha təkrar etdiyim kimi, sözü belə tədbirlərdə ilk dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm. İlham Heydər oğlu, söz Sizə verilir, buyurun.

Dövlətimizin başçısı iclasda çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli dövlət başçıları, hörmətli iclas iştirakçıları.

İlk növbədə, Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm.

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq.

Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.

Artıq qeyd olunduğu kimi, mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək. Vladimir Vladimiroviç, sonda bir daha Sizə dəvət üçün, eləcə də bütün həmkarlarıma bu dəvəti dəstəklədiklərinə görə təşəkkür etmək istərdim. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun. Həqiqətən, Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrimizlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün – həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir.

x x x

Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon iclasda videobağlantı vasitəsilə çıxış etdi.

Prezident Vladimir Putin: Artıq dediyim kimi, həm Azərbaycan, həm də Tacikistanla münasibətlərimiz ikitərəfli planda fəal şəkildə inkişaf edir. Ona görə də belə çoxtərəfli formatda müzakirələrə qoşulmaq şübhəsiz ki, yalnız faydalı ola bilər. Son nəticədə Tacikistan və Azərbaycan bizim təşkilatın işində necə fəal iştirakları ilə bağlı qərarlar qəbul edəcəklər. Bu, tam şəkildə Özbəkistana da aiddir. Bizim ümumi işimizdə və bugünkü tədbirimizdə iştiraklarına görə həmkarlarıma təşəkkürümü bildirirəm.

Sözü Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri...

Baş nazir Nikol Paşinyan: Üzr istəyirəm, Vladimir Vladimiroviç, olar? Mənim kiçik replikam var.

Prezident Vladimir Putin: Bəli, buyurun, xahiş edirəm.

Baş nazir Nikol Paşinyan: Azərbaycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi. Demək istəyirəm ki, bu, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayrıcı adlandırırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq. Mən 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat, iqtisadi kommunikasiyaları nəzərdə tuturam. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun. Lakin eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər.

Mənim üçün qeyd etmək çox xoşdur ki, Ermənistanın baş naziri ölkəsinin də bu cür düşündüyünü dedi. O hesab edir ki, bu, mümkündür və müsbət düşünür. Lakin mənə elə gəlir ki, bu gün biz üçtərəfli görüşdə bütün bunları müzakirə edə bilərik. Ümidvaram, tamamilə aydındır ki, həm Azərbaycanın, həm Ermənistanın, eləcə də bütün regionun iqtisadi inkişafına dair məsələlərlə bağlı razılıq əldə edə biləcəyik. Mənə elə gəlir ki, bizim bunu üçtərəfli formatda detallı şəkildə müzakirə etməyə vaxtımız olacaq.

Prezident İlham Əliyev: Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmamasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun.

Baş nazir Nikol Paşinyan: Vladimir Vladimiroviç, üzr istəyirəm. Demək istəyirəm ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın mətni ilə tanış olan hər kəs bilir ki, bu Bəyanatda “dəhliz” sözü yalnız bir halda işlənilib. Bu kontekstdə həmin söz xüsusi məna daşıyır. Bu da, təkrar edirəm, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya Federasiyasının nəzarəti altında olmalı olan və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi haqqındadır. Lakin, təəssüf ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan bu dəhlizi qanunsuz şəkildə bloklayıb. Digər tərəfdən, təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik.

Bu kontekstdə çox mühüm məsələni qeyd etmək istəyirəm. Ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və “Stepanakert” arasında normal, konstruktiv dialoq başlayacaq. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, bağışlayın, Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir ittiham yox idi. Amma mən bunu, sadəcə, cavabsız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyanı bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənizlə cavab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir.

Baş nazir Nikol Paşinyan: Çox maraqlıdır, sağ olun. Vladimir Vladimiroviç, üzr istəyirəm, mənə çox maraqlıdır bilim ki, Sizin dediyiniz həmin layihəni Rusiya dəstəkləyirmi. Düzünü desəm, mən bu barədə ilk dəfədir eşidirəm. Bilirəm ki, Rusiya bizim regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını dəstəkləyir. Sizin dediyiniz Laçın yoluna gəlincə, bizim üçtərəfli Bəyanatımıza əsasən, Laçın yolu mövcud deyil, Laçın dəhlizi mövcuddur, biz üçümüzün imzaladığımız üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Yaxud, başqa heç kim həmin dəhlizdə heç bir nəzarət həyata keçirə bilməz. Orada baş verənlər – üçtərəfli Bəyanatın birbaşa pozulmasıdır. Siz dediniz ki, dəhliz açıqdır. Biz bunu görmürük. Biz belə hesab etmirik, buna görə də vacib hesab edirik ki, həm Laçın dəhlizinə, həm də Dağlıq Qarabağa beynəlxalq missiya göndərilsin və bu missiya Dağlıq Qarabağda humanitar vəziyyəti dəyərləndirsin. Deməliyəm ki, orada təəssüflər olsun, dekabr ayından bəri humanitar böhran yaşayırıq. Çünki Laçın dəhlizinin bağlanması səbəbindən ərzaq və zəruri məhsulların tədarükü üçün maneələr yaradılır. Bu, olduqca ciddi vəziyyətdir, Azərbaycan tərəfindən qaz, elektrik kəsilib. Mən Dağlıq Qarabağa gedən qaz və elektriki nəzərdə tuturam. Vladimir Vladimiroviç, Siz bu barədə çox yaxşı bilirsiniz, çünki biz bu barədə dəfələrlə danışmışıq. Mən üzr istəyirəm, lakin belə çıxır ki, ...

Prezident Vladimir Putin: Mən sizin siqnalları gördüm və buna reaksiya verim. Həmkarlar öz mövqelərini söylədilər, qısaca, dürüst ifadə etdilər, bu, onlar üçün vacibdir. Bax, bunu demək istəyirəm. Bu hissənin sonunda mənə elə gəlir ki, biz sizinlə üçümüz hər halda yaxşı bilirik, terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri, digərləri – bu, vacibdir və burada müəyyən ziddiyyət var. Lakin daha vacib olanı indi Sizin - həm Azərbaycan Prezidentinin, həm Ermənistan baş nazirinin dediyi kimi prinsipial məsələ ərazi bütövlüyü məsələsidir. Bu razılaşma prinsipial xarakterlidir. Bu, digər, hər halda ikinci dərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən bazadır. Halbuki onlar da mühüm əhəmiyyətə malikdir. Lakin bizim indi imkanımız olacaq ki, razılaşdığımız kimi üçtərəfli formatda bütün bunlar barədə sakit və işgüzar şəraitdə danışaq. Mən ümidvaram ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxaracaq hansısa razılaşmaya nail olacağıq. Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır. Tam hamısı. Bax, Aleksandr Qriqoryeviç bu gün bu barədə qapalı formatda kifayət qədər inandırıcı danışdı.

Çünki hər halda, burada nə deyəsən, burada Sovet İttifaqının keçmiş respublikalarıdır. Biz vahid xalqlar ailəsində yaşamışıq və əfsuslar olsun ki, burada bizim xeyli ziddiyyətlərimiz var, silahlı münaqişələrə gedib çıxır. Rusiyada da məlum istiqamətdə eynisi baş verir. Buna görə də bütün bunlar olduqca həssasdır, bütün bunlar insan faciələri ilə bağlıdır. Biz hamımız maraqlıyıq ki, bütün bu problemlər həll olunsun. Bu vəziyyətə gəlincə, bir daha təkrar edirəm, bizim üçtərəfli formatda danışmaq fürsətimiz olacaq. Buna görə də Ermənistanın baş nazirinə və Azərbaycan Prezidentinə gəldiklərinə görə minnətdaram. Ermənistanın baş nazirinə minnətdaram ki, o, bu səfərə mane olmayıb. Biz hamımız buraya toplaşmışıq ki, bu həssas mövzular barədə danışaq.

x x x

Sonra Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç çıxış etdi.

Üzv dövlətlərin başçıları iclasın yekun sənədlərini imzaladılar.

Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO