Ceyhun Bayramovun Sergey Lavrovla Moskvada görüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
4076
19 May 2023 | 13:43

Ceyhun Bayramovun Sergey Lavrovla Moskvada görüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında Moskvada geniştərkibli görüş başa çatıb.
 
13:21
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

12:14

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
 
Moderator.az xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.
 
Daha sonra Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüş keçirəcək, ardınca isə üçtərəfli danışıqlar baş tutacaq.
 
Nazirlər Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə müzakirələr aparacaqlar.
 
Link kopyalandı!
Son xəbərlər