Səfir: Biz Polşa-Azərbaycan əməkdaşlığının sahələrini genişləndirməyə çalışırıq
2803
03 May 2023 | 19:50

Səfir: Biz Polşa-Azərbaycan əməkdaşlığının sahələrini genişləndirməyə çalışırıq

"3 may Konstitusiyasının qəbul edilməsi günündə bizimlə bərabər olduğunuz üçün təşəkkür edirik".

Bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski 3 may Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Azərbaycan və Polşa əlaqələrinin yüksək səviyyəsindən bəhs edən səfir, fevral ayında Bakıda keçirilən İkitərəfli Hökumətlərarası Komisiyanı xüsusilə qeyd edib.

"Biz Polşa-Azərbaycan əməkdaşlığının sahələrini genişləndirməyə çalışırıq. Azərbaycanda Cənubi Qafqazda mühüm siyasi tərəfdaşdır. Xüsusilə Ermənistanla münaqişənin bitməsi bu gücə daha da güc qatmaqdadır".

Səfir Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində olduqlarını bir daha vurğulayıb:

"Biz bir ildən çoxdur ki, Ukraynanın yanındayıq. Biz Ukraynanın azadlığını rus işğalçılarından qorumağa çalışırıq. Ukrayna qaçqınlarına sığınacaq verməklə Ukrayna və ordusunu dəstəkləyirik".

 

Səfir: Biz Polşa-Azərbaycan əməkdaşlığının sahələrini genişləndirməyə çalışırıq

Link kopyalandı!
Son xəbərlər