ADP Xankəndidə antiterror əməliyyatlarının keçirilməsinin vacibliyini bildirir...
Siyasət
3422
01 May 2023 | 15:47

ADP Xankəndidə antiterror əməliyyatlarının keçirilməsinin vacibliyini bildirir...

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
 
Bu barədə Moderator.az-a ADP-dən məlumat verilib.
 
Toplantı iştirakçıları ilk növbədə Laçın-Xankəndi yolunda digər xidmət sahələri ilə yanaşı gömrük postunun qurulması məsələsinə münasibət bildirib və strukturun işə salınmasını ərazilərimizə qeyri-qanuni yolla keçənlərə, daşınan müxtəlif təyinatlı yüklərə ciddi nəzarət baxımdan əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Xankəndi iqtisadi rayonuna daxil olan vətəndaşlara Azərbaycanın digər gömrük keçidlərində qoyulan qaydalar tam sərtliyi işə salınmalı, kənar şəxslərin daxil edilməsinə müvafiq viza rejimi tətbiq edilməlidir.
 
İdarə Heyəti Azərbaycanın yurisdiksiyasına daxil olan və rus sülhməramlılarının müvəqqəti nəzarətində yerləşən ərazilərimizdə separatçı qüvvələrin hərbi təlimlərə başlaması ilə bağlı yayılan məlumatları narahatlıqla qarşılayıb və bu təlimlərin keçirilməsinə göz yuman rus sülhməramlı qüvvələrinin məsuliyyəti onların diqqətinə çatdırılmaqla hakimiyyəti antiterror əməliyyatları keçirməklə həmin separatçı qüvvələrin zərərsizləşdirilməsini təmin etməyə çağırıb.
 
İdarə Heyəti rus sülhməramlı kontingentinin komandanlığa gətirilimiş yeni komandanının 20 Yanvar qırğınında və digər müsəlman ölkələrində ahaliyə divan tutulmasında iştirakından dolayı bu şəxsin sülhməramlı kimi fəaliyyətinə son qoyulması və haqqında olan faktların doğrulduğu halda arzuolunmaz şəxs elan edilməsinin vacibliyini bildirib.
 
İdarə Heyəti Bakı şəhərində ardıcıl olaraq keçirilən və keçirilmə müddətinin yenidən 3 il uzadılan Formula-1 yarışlarına münasibət bildirib və bu yarışların əhalinin rahatlığının pozulması, nəqliyyat tıxaclarının yaranması, ekologiyamızın korlanması, yüksək səs-küyün yaratdığı rezonans nəticəsində tarixi memarlıq abidələrinə zərər yetirməsi baxımından məqbul hesab etməyib və ölkə rəhbərliyini bu yarışların Bakıda keçirilməsindən imtina etməyə çağırıb.
 
İdarə Heyəti son vaxtlar ölkənin aran rayonlarında yaranmış su qıtlığı ilə bağlı etiraz dalğalarının artmasından, ayrı-ayrı imkanlı şəxslərin suvarma üçün nəzərdə tutulan suları monopoliyaya götürməsindən, əhalinin kasıb təbəqəsinin suvarma sularından məhrum edilməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu ayrı-seçkiliyə son qoymağa, qüvvədə olan rəqabət və antiinhisar haqqında müvafiq qanunvericiliyi təbiq etməklə əhalinin suya və digə kənd təsərrüfatı sahələrinə olan ehtiyacını ödməyə çağırıb. Qeyd edilib ki, bu cür sərt qanunlar tətbiq edilmədikcə əhalinin Bakı şəhərinə, ölkə xaricinə axınının qarşısını almaq mümkün olmayacaq və mövcud işsizlik, yoxsullaşma problemi daha da dərinləşəcək.
 
İdarə Heyəti son günlər Tərtərdə 3 nəfər vətəndaşımızın minaya düşərək həyatını dəyişməsi faktından ciddi narahatçılığını bildirib və bu cinayətin məsuliyyətinin Ermənstan dövləti ilə yanaşı rus sülhməramlı qüvvələrinin də daşıdığını qeyd edib.
 
İdarə Heyəti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da gözlənilən görüşünü təqdir edib və hakimiyyəti bundan sonra da sülh danışıqlarının Cənubi Qafqazda hegomonluq etmək istəyən Rusiya ilə deyil ABŞ və Aİ ilə aparılmasının vacibliyini diqqətə çatdırıb.
 
İdarə Heyəti İsrailin keçmiş xarici işlər naziri A.Liberman da daxil olmaqla İsrail knesetinin bir qrup deputatının Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın müstəqiliyinin dəstəklənməsi, onların fundamental hüquqlarının müdaifə edilməsi ilə bağlı müraciətini təqdir edib və hakimiyyəti bu istiqamətdə adı çəkilən dost ölkə ilə intensiv siyasi iş aparmağa çağırıb.
 
İdarə Heyəti sonda təşkilati məsələyə də baxıb. İclasda Siyasi Partiyalar Haqqında qəbul edilmiş yeni Qanunun tələblərinə görə Ədliyyə Nazirliyinə təqdim edilməli olan partiya üzvlərinin siyahısının elektron qaydada sistemləşdirilməsi üçün işçi qrupu yaradılıb və işçi qrupuna rəhbərlik partiya sədrinin müavini Taliyət Əliyevə tapşırılıb. 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər