Türkiyənin daxili işlər naziri Ermənilərin Patriarxını ziyarət edib
3007
26 Apr 2023 | 21:50

Türkiyənin daxili işlər naziri Ermənilərin Patriarxını ziyarət edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyanı ziyarət edib.

Bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Qeyd olunub ki, nazir Soylu Maşalyana zəlzələ bölgəsinə göndərdikləri yardıma görə təşəkkür edib.

“İndiyə qədər olduğu kimi, bütün məsələlərdə sizinləyik. Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq, birlikdə güclü olmaq anlayışını göstərməliyik”, - Soylu görüş zamanı bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər