
Biz Azərbaycanla müxtəlif sahələrdə regional təhlükəsizlik, turizm, enerji sahələrində də uğurlu əməkdaşlıq edirik.
Bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı ilə görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
“Azərbaycanda böyük yəhudi icması yaşayır, bu müsəlman dünyasında ən böyüyüdür və onların ölkənin həyatında fəal iştirak edir. İki ölkə arasında təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq genişlənir”.
Nazir deyib ki, pandemiyaya qədər hər il Azərbaycana 50 min yəhudi səfər edirdi.
"Biz həmçinin Azərbaycandan ölkəmizə gələn turistlərin sayının artmasına ümid edirik.
İqtisadi əməkdaşlığımız dərinləşir. Kənd təsərrüfatı, kiber texnologiyalar, qida təhlükəsizliyi sahəsində əməkdaşlığımız var və daha da dərinləşməsi üçün potensial var", o deyib.





























