
"Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) əsas milli prioritetləri dəstəkləyir".
Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl proqramın icra tərəqqisinə dair illik toplantıda deyib.
Onun sözlərinə görə, bu proqram Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq əsasında hazırlanıb.
S.Maykl vurğulayıb ki, AZTAF Azərbaycanın enerji səmərəliliyi, su təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik, “ağıllı” şəhər və kəndlərin yaradılması, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası kimi geniş spektrli prioritetlərini dəstəkləmək məqsədi daşıyır.
“Bugünkü tədbir ictimaiyyətin bu layihə ilə bağlı məlumatlılığını artırmaq və tərəqqimiz barədə bəhs etmək məqsədi daşıyır”, - ölkə meneceri bildirib və bu məqsədlərə çatmaqda AZTAF-ın maksimum təsirə malik olduğunu əlavə edib.



























