Paşinyanın "Araik planı" ortaya çıxdı: Əliyevin hədəfi İrəvanı qorxuya salıb
Oxunub: 3266
22 Mar 2023 | 18:36
Paşinyanın

Azərbaycanla kəskin hərbi gərginlik sülh prosesindən yayınıb, vaxt qazanmaq və savaş olacağı təqdirdəsə, rəsmi Bakı ilə anlaşmanın şərtlərini Ermənistan cəmiyyətinə qəbul etdirmək baxımından, iki paralel variant üzrə Paşinyan hakimiyyətinə sərfəlidir... Ancaq Azərbaycan ordusunun növbəti hərbi zəfərindən sonra rəsmi Bakı Ermənistanla sülh sazişinə ümumiyyətlə, həvəs göstərməyə də bilər, bu isə Paşinyan hakimiyyətinin nəzərə almadığı, halbuki reallaşa biləcəyi daha inandırıcı görünən üçüncü variantdır...

Cənubi Qafqazda və ümumiyyətlə, region ətrafında hərbi-siyasi proseslər son həddə qədər gərginləşib. Belə maksimal gərginləşmənin yaranmasında heç şübhəsiz ki, regiondan kənar faktorların da birbaşa təsiri olmamış deyil. Xüsusilə də, Rusiya və Fransa sülh prosesinin pozulmasında əsas sifarişçi rolunda çıxış edir. Və Avropa Birliyinin mülki missiyasının Ermənistan üzərindən regiona yerləşdirilməsi də Cənubi Qafqazda neqativ istiqamətləri aktivləşdirib.

Ermənistan bu xarici faktorların neqativ təsirindən sui-istifadə edərək, hərbi-siyasi təxribatlar törədir. Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə Azərbaycanın Qarabağ regionuna hərbi yüklər daşıyır. Rəsmi İrəvan atəşkəsi davamlı olaraq, pozur. Və hətta Ermənistan rəsmiləri hər imkanda Qarabağ regionuna yönəlik avantürist açıqlamalarla Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

Təbii ki, belə vəziyyətdə sülh prosesinin effektiv inkişafı barədə danışmaq yersizdir. Əksinə, hazırda rəsmi İrəvanın davranışları Cənubi Qafqazda hərbi əməliyyatlarının bərpa edilə biləcəyi ilə bağlı ehtimalları aktuallaşdırır. Və Rusiyanın da bu ehtimalların reallaşmasında maraqlı olması savaş təhlükəsini artırır.

Məsələnin maraqlı tərəfi odur ki, rəsmi İrəvan da yeni savaşın hər an başlaya biləcəyini anlayır. Ancaq bu savaşda növbəti dəfə biabırçı məğlubiyyətə məhkum olduğunu da tam dəqiqliyi ilə bilir. Çünki son savaşda darmadağın edilmiş Ermənistan ordusunu yenidən qurmağa çalışsalar da, buna nail ola bilməyiblər. Yəni, Ermənistanın yeni müharibə üçün hərbi resursları mövcud deyil. Və üstünlük, rəsmi İrəvan Azərbaycan ordusu hərəkətə gətiriləcəyi təqdirdə, Ermənistanın xarici himayədarlarının ona dəstək verəcəyinə ciddi şübhə edir.

Ona görə də, rəsmi İrəvan bir tərəfdən sülh prosesini pozub, vaxt qazanmaq üçün hərbi-siyasi təxribatlar törədir. Digər tərəfdən isə Cənubi Qafqazda maraqları olan beynəlxalq güc mərkəzlərinə şikayətlənib, Azərbaycana hərbi addımlardan imtina etməsi üçün təzyiq göstərilməsini xahiş edir. Və bunun nə qədər təhlükəli avantürist taktika olduğu rəsmi İrəvanın narahatlığından da sezilir.

Baş nazir Nikol Paşinyan hesab edir ki, gərginlik təhlükəli həddə çatıb hərbi toqquşmalar hər an reallaşa bilər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya göndərilməsi, buna paralel olaraq, baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenə telefonla zəng etməsi Azərbaycanın mümkün hərbi zərbələrindən sığortalanmaq məqsədi güdür.

Ancaq ABŞ dövlət katibi Entoni Blinken erməni baş nazirin xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə zəng etsə də, Ermənistanın törətdiyi ardıcıl təxribatların cəzasız qalacağına təminat yoxdur. Çünki Azərbaycan lideri ABŞ dövlət katibinə rəsmi İrəvanın hərbi təxribatlarla sülh prosesini pozduğunu, regionda vəziyyəti gərginləşdirməyə çalışdığını arqumentlərlə çatdırıb. Və rəsmi İrəvanın davranışlarına cavab reaksiyasının olmayacağına təminat verməyib.

Təbii ki, Ağ Evdə Cənubi Qafqazda yaranmış vəziyyətdən ciddi şəkildə narahatdırlar. Çünki vəziyyətin gərginləşməsi və hərbi əməliyyatların bərpası Rusiyanın regional maraqlarına tamamilə cavab verir. Ona görə də, ABŞ rəsmi dairələri Azərbaycan və Ermənistanı ikitərəfli, Rusiyanın iştirakı olmadan birbaşa təmaslarla mövcud problemlərin həllinə çağırır. Və mövcud hərbi gərginliyin azaldılmasına yönəlik addımların atılmasının vacibliyini vurğulayırlar.

Halbuki ABŞ rəsmisi dairələrinin gərginliyin azaldılması ilə bağlı çağırışlarının müsbət nəticə verməsi Azərbaycandan daha çox Ermənistanın atacağı addımlardan birbaşa asılıdır. Çünki regionda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması əsas faktordur. Yəni, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və hərbi-siyasi qarşıdurmanı normal qonşuluq prinsipləri çərçivəsində iqtisadi-ticari əməkdaşlıqla əvəzləməlidir. Və indiki situasiyada bu, Azərbaycandan daha çox elə Ermənistanın özünə lazımdır.

Əslində, rəsmi İrəvan vaxtaşırı bu istiqamətdə müəyyən açıqlamalar da verir. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın Praqa anlaşması ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə təsdiqləyib. Buna paralel olaraq, erməni baş nazir siyasi fantaziyalarının təsiri altında Azərbaycanı Ermənistana qarşı ərazi iddialarında suçlamağı da unutmayıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin səhnəarxası davranışları barədə Ermənistan mətbuatında vaxtaşırı müəyyən məlumatlar yayılmaqdadır. Belə ki, bir müddət öncə "Hraparak" nəşrində və Ermənistanın digər müxalif mediasında gizli mənbələrə istinadən baş nazir Nikol Paşinyanın erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanla telefon danışığının məzmunu barədə iddialar gündəmə gətirilmişdi. Və bu, Ermənistan cəmiyyətində şok effekti yaratmışdı.

Məsələ ondadır ki, həmin iddialarda baş nazir Nikol Paşinyanın Araik Arutyunyana Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının alternativsiz variant olduğunu dediyi vurğulanırdı. Ermənistan baş naziri bundan sonra rəsmi İrəvanın erməni separatçı-terrorçulara yalnız maliyyə dəstəyi verə biləcəyini də deyib. Və bundan artıq nəsə etmək mümkün olmadığından Xankəndidəki ermənilərin Azərbaycan ilə anlaşmasının vacibliyini qabartdıb.

Ancaq Ermənistan mətbuatı Araik Arutyunyanın Paşinyan hakimiyyətinin bu mövqeyi ilə razılaşmayaraq, Rusiyadan təlimat gözlədiyini də vurğulayırdı. İndisə bildirilir ki, erməni baş nazirlə danışdıqdan sonra proseslərdən kənara çəkilmək niyyətində olan A.Arutyunyan məhz Kremlin istəyi ilə "siyasi səhnə"də qalmaqda davam edir. Bir müddət öncə A.Arutyunyanın "Dağlıq Qarabağ"ın Azərbaycana inteqrasiyasına tərəfdar olan ermənilərin bu mövqeyini açıq ifadə etməsinin vacibliyini vurğulaması da səhnə arxasında baş verənlərə eyham sayıla bilər.

Digər tərəfdən, Ermənistan mətbuatında müdafiə naziri Suren Papikyanın qurumdaxili yazışmalarda "Artsax respublikası" yox, "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilməsi barədə təlimat verməsinə dair iddialar da maraq doğurur. Üstəlik, hakim partiyanın Ermənistan parlamentində müxalifətçi həmkarlarına "Dağlıq Qarabağ" mövzusunda hər hansı sənədin müzakirəsinə imkan verməməsi də diqqəti çəkir. Və bütün bunlar Ermənistan siyasi dairələrində kəskin ziddiyyətlərin olduğunu göstərir.

Bəzi erməni politoloqlar hesab edirlər ki, Paşinyan hakimiyyəti ikibaşlı oyunlar oynamağa çalışır. Onların fikrincə, Azərbaycanla kəskin hərbi gərginlik iki variant üzrə Paşinyan hakimiyyətinə sərfəlidir. Birinci variant ondan ibarətdir ki, rəsmi İrəvan bu gərginlik sayəsində yekun sülh sazişinin imzalanmasından yayına bilir. Bu, Ermənistana daha uyğun situasiyanın yaranmasına qədər zaman qazandırır.

İkinci varianta gəldikdəsə, bu, daha çox Azərbaycanın səbrindən asılıdır. Belə əgər, rəsmi Bakı savaşa başlayıb, Ermənistanı növbəti dəfə biabırçı hərbi məğlubiyyətə düçar edərsə, bu dəfə Paşinyan hakimiyyəti Azərbaycanın bütün şərtlərini yerinə yetirmək üçün arqumentlər qazanacaq. Yəni, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə təlqin edəcək ki, Azərbaycana müqavimət gücü olmadığından rəsmi Bakı ilə anlaşmaq məcburiyyətində qalıb.

Göründüyü kimi, Ermənistan siyasi dairələri kəskin ziddiyyətlər içərisindədir. Paşinyan hakimiyyəti olduqca təhlükəli taktika seçərək, Ermənistanın mövcudluğunu riskə atır. Çünki Azərbaycan ordusunun növbəti hərbi zəfərindən sonra rəsmi Bakı qarşı tərəflə ümumiyyətlə, sülh sazişinə həvəs göstərməyə də bilər. Və bu, Paşinyan hakimiyyətinin nəzərə almadığı, reallaşa biləcəyi daha inandırıcı görünən üçüncü variantdır.(müsavat.com)

Oxşar xəbərlər
N.Tusi adına Klinika
29 Sep 2023 | 23:57
“Qənirə xanım bizimlə çox qəddar davrandı, yoxluğundan sonra özümə gələ bilmirəm, ağlayıram”-FOTO
29 Sep 2023 | 23:54
Sumqayıtda avtomobil 90 yaşlı qadını vuraraq öldürüb
29 Sep 2023 | 23:45
Sahibə Qafarova Dublində Simonyanın uydurma iddialarına cavab verib
29 Sep 2023 | 23:34
Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib
29 Sep 2023 | 23:23
Qarabağı tərk edən ermənilər açıq şəkildə bildirirlər ki, onları heç kim qovmayıb - VİDEO
29 Sep 2023 | 23:10
XİN: Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq
29 Sep 2023 | 22:37
Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var
29 Sep 2023 | 22:29
Putin Priqojini əvəzləyəcək şəxsi açıqlayıb və onun nə ilə məşğul olacağından danışıb
29 Sep 2023 | 22:22
Elon Mask Ərdoğanın gələn il "TEKNOFEST"də iştirakla bağlı dəvətini qəbul edib
29 Sep 2023 | 22:20
Zaqatalada evdə təmir zamanı küplər aşkar edilib
29 Sep 2023 | 22:13
"Qərb Ukraynada uzunmüddətli müharibəyə hazırlığa başlayıb" - hərbi analitik
29 Sep 2023 | 22:05
Lənkəranda avtomobil 76 yaşlı kişini vuraraq öldürüb
29 Sep 2023 | 21:51
Kürdəmirdə həmkəndlilər arasında dava düşüb, xəsarət alanlar var
29 Sep 2023 | 21:43
BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı məlum olub
29 Sep 2023 | 21:34
Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir
29 Sep 2023 | 21:30
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqelərinin kadrları yayılıb
29 Sep 2023 | 21:25
Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib
29 Sep 2023 | 21:05
ABŞ-nin ən yaşlı senatoru vəfat etdi
29 Sep 2023 | 21:03
Nümayəndələr Palatası Baydenin oğlunun hesablarına dair məlumat tələb edib
29 Sep 2023 | 21:00
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi - FOTO/VİDEO
29 Sep 2023 | 20:50
General Braun ABŞ-nin Baş Qərargah rəisi təyin olunub
29 Sep 2023 | 20:43
“Barselona” iflas və tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir
29 Sep 2023 | 20:35
Azərbaycan əsgərinin şəhid olduğu formada ərgən kimi “like” ardınca qaçan məmur
29 Sep 2023 | 20:34
Son addım da son döyüş kimi çətindir - VİDEO
29 Sep 2023 | 20:31
Əfqanıstan səfirliyi Hindistan paytaxtındakı fəaliyyətini dayandırdığını açıqlayıb
29 Sep 2023 | 20:26
"Tramp hərəkatı ABŞ demokratiyası üçün təhlükədir" - Bayden
29 Sep 2023 | 20:20
Qərbi Azərbaycan Xronikası: “Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”
29 Sep 2023 | 20:17
“O, sevgi, xeyirxahlıq və mübarizlik nümunəsi idi”
29 Sep 2023 | 20:02
Rusiya və İran noyabrda XİZ-lər arasında əməkdaşlıq memorandumu imzalaya bilər
29 Sep 2023 | 19:55
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB
29 Sep 2023 | 19:42
Qarabağın erməni sakinləri Xankəndidəki yanğın zamanı həyata keçirilən tədbirlərə görə təşəkkür ediblər
29 Sep 2023 | 19:37
Qarabağda yaradılmış İşçi qrupun üzvləri oktyabrın 2-də Xankəndiyə səfər edəcək
29 Sep 2023 | 19:35
Azərbaycan XİN Pakistana başsağlığı verib
29 Sep 2023 | 19:35
“Ardıcıl həbslər dövlətimizin separatizmə qarşı mübarizədəki prinsipiallığından xəbər verir”
29 Sep 2023 | 19:27
QAİ Ermənistan parlamentinin sədrinin Dublində yalan və böhtan dolu çıxışını qınayıb
29 Sep 2023 | 19:20
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxdakı növbəti görüş başa çatıb
29 Sep 2023 | 19:15
David Babayan haradadır?..-“İravunk”
29 Sep 2023 | 19:15
Bakı üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib
29 Sep 2023 | 19:00
Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
29 Sep 2023 | 18:57
İsveçrə Aİ-nin PUA-larla bağlı İrana qarşı sanksiyalarına qoşulub
29 Sep 2023 | 18:52
Hakan Fidan Qənirə Paşayevanın vəfatı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
29 Sep 2023 | 18:50
Türkiyə-Ermənistan sərhədində yerləşən İpək Yolu körpüsü təmir olunacaq
29 Sep 2023 | 18:45
“AzerGold” peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir
29 Sep 2023 | 18:41
Hacıqabulda qəzada 1 nəfər ölüb, digəri ağır xəsarət alıb - FOTO
29 Sep 2023 | 18:30
Ali Məclis Qənirə Paşayevanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib
29 Sep 2023 | 18:28
Əməkdar jurnalist vəfat edib
29 Sep 2023 | 18:25
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb
29 Sep 2023 | 18:15
Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb
29 Sep 2023 | 18:10
Ceyhun Bayramov Putinin müşavirini ermənilərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə məlumatlandırıb
29 Sep 2023 | 18:07
Əfqanıstanın Hindistandakı səfirliyi fəaliyyətini dayandırıb
29 Sep 2023 | 18:05
DSX: Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib
29 Sep 2023 | 18:00
Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın prioritet sahələri açıqlanıb
29 Sep 2023 | 17:55
Təbrizdə yanacaq tankerinin iştirakı ilə qorxunc qəza: Ölən və yaralananlar var - FOTO
29 Sep 2023 | 17:50
Meksikalı iştirakçı: “Azərbaycan Milli Şəhərsalma Forumu qarşılıqlı təcrübə üçün çox əhəmiyyətlidir”
29 Sep 2023 | 17:49
Səfir: "Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var"
29 Sep 2023 | 17:47
Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyunlar üçün heyəti bəlli olub
29 Sep 2023 | 17:46
Azərbaycan və "Baltech Enerji" elektrik stansiyalarının inşasını müzakirə edib
29 Sep 2023 | 17:45
Azərbaycan Gürcüstanla iqtisadi tərəfdaşlığın gücləndirilməsini müzakirə edib
29 Sep 2023 | 17:43
"Türkiyə oktyabr ayında İsveçin NATO-ya daxil olmasını təsdiq edəcək" - "Reuters"
29 Sep 2023 | 17:40
FHN: "Xankəndi yaxınlığında partlayışla bağlı xilasetmə işləri bitib, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıb"
29 Sep 2023 | 17:35
“Kommersant”: “Qondarma qurumun ləğvi Bakı və İrəvanın sülh istiqamətində irəliləməsinə yol açıb”
29 Sep 2023 | 17:31
İki kəndi əhatə edən qaz təchizatı ilə bağlı müraciətlər “Açıq mikrofon”da
29 Sep 2023 | 17:30
Naxçıvan Ali Məclisinin payız sessiyası öz işinə başlayır
29 Sep 2023 | 17:29
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
29 Sep 2023 | 17:28
Ağalı kəndində ağacəkmə aksiyası keçirilib
29 Sep 2023 | 17:28
BDU-da  “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək
29 Sep 2023 | 17:27
Rusiya təmsilçilərinin Yay Paralimpiya Oyunlarında iştirakına icazə verilib
29 Sep 2023 | 17:26
Şərqi Zəngəzur məktəblilərinin peşə məktəbinə ekskursiyası təşkil edilib
29 Sep 2023 | 17:23
BDU-nun Tələbə Gənclər Təşkilatının "Price" Xarici Dillər Klubu təlimlərə başlayıb
29 Sep 2023 | 17:23
Fransalı ekspert: "Qafqazda sabitliyin qorunması Avropa ölkələrinin prioriteti olmalıdır"
29 Sep 2023 | 17:20
BDU-nun Jurnalistika fakültəsində “ARB 24”ün direktoru Radik İsmayılovla görüş
29 Sep 2023 | 17:18
Yeni “Apple Watch”lar nəyi bacarır? - FOTO
29 Sep 2023 | 17:17
Zahidanda “Qanlı cümə”nin ildönümü yad edilir - FOTO/VİDEO
29 Sep 2023 | 17:16
İranda edam sayı artır: Daha iki məhkum asıldı - FOTO
29 Sep 2023 | 17:15
Ağalar Vəliyev Goranboy rayonunda Anım Gününə həsr olunan tədbirlərdə iştirak edib - FOTO
29 Sep 2023 | 17:10
Rusiya yüksəkdəqiqlikli raketlərin sınağını keçirib
29 Sep 2023 | 17:07
DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorlara görə həbs edilib - VİDEO
29 Sep 2023 | 17:05
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib
29 Sep 2023 | 17:02
Spiker: "Artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb"
29 Sep 2023 | 17:00
XİN: "BMT-nin müvafiq qurumlarının missiyası yaxın günlərdə Qarabağa səfər edəcək"
29 Sep 2023 | 16:57
"Vaqner qrupu" özəl hərbi şirkətinin yaraqlıları Ukraynada döyüşmək üçün geriyə dönür" - Britaniya kəşfiyyatı
29 Sep 2023 | 16:55
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
29 Sep 2023 | 16:47
“City Garden Narimanov”da mənzillərin təmiri belə olacaq
29 Sep 2023 | 16:47
ABŞ dövlət katibi "Qlobal musiqi diplomatiyası"nı işə salıb
29 Sep 2023 | 16:45
"Şərq Qərbin ardınca Rusiyaya iqtisadi müharibə elan edib" - Moskva meri
29 Sep 2023 | 16:26
Prezident İlham Əliyev: “Biz Qafqazda sülh və sabitlik istəyirik”
29 Sep 2023 | 16:23
BDU əməkdaşı Türkiyədə beynəlxalq konfransda məruzə ilə çıxış edib
29 Sep 2023 | 16:22
BDU-nun professorunun monoqrafiyası nəşr olunub
29 Sep 2023 | 16:19
Salyanda məktəbdə şagirdi beşbarmaqla döydülər - FOTO
29 Sep 2023 | 16:19
Prezident: “Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir”
29 Sep 2023 | 16:15
Qüdrət Həsənquliyev: "Allah bu insanı xeyirxahlıq üçün yaratmışdı"
29 Sep 2023 | 15:16
Türkiyəli məşhurlar Qənirə Paşayeva haqda Moderator.az-a danışdı:“48 yaşında dünyasını dəyişməsi...”-ÖZƏL
29 Sep 2023 | 15:00
İşini işbazlardan uzaq tutmaq istəyən vətəndaşlara “Açıq qapı”da açıqlamalar (Fotolar)
29 Sep 2023 | 14:55
Ermənistanın müdafiə naziri Rusiyada MDB-yə üzv ölkələrin nümayəndələrinin iclasına getmədi
29 Sep 2023 | 14:53
“Bu halda Moskvanın Qarabağda o ssenarini tədricən yenidən işə salması mümkündür...”
29 Sep 2023 | 14:07
Prezident: "2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb, ilin sonuna qədər bu say 5 500-ə çatdırılacaq"
29 Sep 2023 | 14:03
Səfir: "Qarabağın erməni gənclərinin azərbaycanlılarla bağlı düşüncəsini dəyişmək üçün işlər görüləcək"
29 Sep 2023 | 14:01
Dövlət başçısı: "8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib"
29 Sep 2023 | 14:00
Qarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks silah anbarı kimi istifadə edilib
29 Sep 2023 | 13:55
COVID-19-un yeni və daha çox yoluxucu olan ştamı meydana çıxıb
GÜNLÜK
29 Sep 2023 | 08:38
“Qənirə xanımın evində qalırdım, məni qızı kimi çox istəyirdi, görən kimi deyirdi ki...”-FOTOLAR
29 Sep 2023 | 12:29
“PKK” tərkibindəki “Nubar Ozanyan” qrupu Azərbaycana savaş elan etdi...-VİDEO
29 Sep 2023 | 00:55
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
29 Sep 2023 | 00:47
"Şoyqu Tehrana niyə gedib və iranlılar Rusiyaya öz raketlərini nə zaman tədarük edəcək?" - ISW
29 Sep 2023 | 00:41
"Mən gözlərimi aşağı dikmişdim və ayının diqqətini cəlb etməmək üçün ona baxmırdım..."
29 Sep 2023 | 00:10
Arzu Nağıyev: "Qənirə xanım fədakarlıq nümunəsi idi"
29 Sep 2023 | 00:38
"Əgər biz Sizin əmrinizi icra etməsək, bu dövlətdə yaşaya bilmərik" - Kadırov
29 Sep 2023 | 11:10
Qənirə Paşayeva dəfn edildi - CANLI YAYIM/YENİLƏNİB
29 Sep 2023 | 14:53
“Bu halda Moskvanın Qarabağda o ssenarini tədricən yenidən işə salması mümkündür...”
29 Sep 2023 | 00:41
Putin rusiyalılara "xalqların tarixi birliyinə" əsaslanan yeni bayram bəxş edib
HƏFTƏLİK
28 Sep 2023 | 15:00
“Təslim olmayacağam” deyən “artsax” komandiri də Ermənistana keçdi...-FOTOLAR
25 Sep 2023 | 16:22
Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..
27 Sep 2023 | 09:35
Vəzifədən getməmişdən öncə "FSB”-dən Araik Arutyunyana zəng edərək nə deyiblər?.. 
23 Sep 2023 | 10:54
“Onları görən kimi hönkürtü ilə ağladım, inanmırdım ki...”-Meral Konrat-FOTO
28 Sep 2023 | 15:20
Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir
27 Sep 2023 | 13:02
“Sevincimdən qəhər məni boğurdu, kövrəlmişdim, efirdə qulağıma dedilər ki, Jalə de ki, torpaqlar azad olunub”-FOTO
25 Sep 2023 | 13:41
Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? - FOTO/VİDEO
24 Sep 2023 | 22:28
Ağdərədən çıxan ermənilərin daha bir videosu - Gözlərində qəm, sifətlərində həyasızlıq - VİDEO
25 Sep 2023 | 15:05
Xocalıda erməni sakinlərlə növbəti görüş başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
25 Sep 2023 | 07:09
“Sevimli” “sülhməramlı”lar niyə Laçın şəhərini hələ də məsuliyyət zonalarına daxil edir?..
AYLIQ
29 Sep 2023 | 08:38
“Qənirə xanımın evində qalırdım, məni qızı kimi çox istəyirdi, görən kimi deyirdi ki...”-FOTOLAR
29 Sep 2023 | 12:29
“PKK” tərkibindəki “Nubar Ozanyan” qrupu Azərbaycana savaş elan etdi...-VİDEO
29 Sep 2023 | 00:55
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
29 Sep 2023 | 00:47
"Şoyqu Tehrana niyə gedib və iranlılar Rusiyaya öz raketlərini nə zaman tədarük edəcək?" - ISW
29 Sep 2023 | 00:41
"Mən gözlərimi aşağı dikmişdim və ayının diqqətini cəlb etməmək üçün ona baxmırdım..."
29 Sep 2023 | 00:10
Arzu Nağıyev: "Qənirə xanım fədakarlıq nümunəsi idi"
29 Sep 2023 | 00:38
"Əgər biz Sizin əmrinizi icra etməsək, bu dövlətdə yaşaya bilmərik" - Kadırov
29 Sep 2023 | 11:10
Qənirə Paşayeva dəfn edildi - CANLI YAYIM/YENİLƏNİB
29 Sep 2023 | 14:53
“Bu halda Moskvanın Qarabağda o ssenarini tədricən yenidən işə salması mümkündür...”
29 Sep 2023 | 00:41
Putin rusiyalılara "xalqların tarixi birliyinə" əsaslanan yeni bayram bəxş edib