O geri qayıda biləcək bütün körpüləri partladıb...
Siyasət
7052
13 Nov 2014 | 10:25

O geri qayıda biləcək bütün körpüləri partladıb...

Moderator.az xəbər verir ki, eks-spiker Rəsul Quliyev "Asiya- Sakit okean igtisadi sazişi- Çinin qlobal siyasəti" mövzusunda olduqca maraqlı təhlillə çıxış edib:

"Sammit başa çatdı və Çin Asiya və Sakit okean zonasında hegemon  ölkə olmaq istəyini birinci dəfə gizlətmədən açıq bildirdi. Dünyanın istehsal etdiyi 80 trilyonluq (dollar ekvivalenti ilə ) ümumi məhsulun təqribən 25 trilyonu Asiya ölkələrinin payına düşür. 20 trilyon Avropa və 25 trilyon Amerika qitələrindəki ölkələrin payına düşür.Çin bu gün dünyanın ən çox məhsul istehsal edən ikinci ölkəsidir. (Birinci yerdə ABŞ -16, ikinci yerdə ÇİN 8 trilyon). Çin həmçinin hərbi xərclərinə görə ikinci yeri tutur. ABŞ 600, Çin 188 milyard dollar hərbi xərcləri ilə dünyanın hərbi xərclərinin demək olar ki, yarısını təşkil edir. 3-cü yerdə gedən RF-nın hərbi xərcləri 87 milyarddır.
 Çin dünyanın ən qədim ölkələrindən biridir və 2000 ildir dünyanın baş meneceri olmaq siyasətini aparır. 19-cu əsrin ortalarına qədər Çin Asiya qitəsinin hegemonu idi. 1860-cı illərdə ABŞ-ın köməyilə Yapon adalarının birləşib Yapon dövləti yaratması Çinin hegemonluğunu laxlatdı. İkinci dünya müharibəsindən sonra Yaponiyada azad bazar, demokratiya rejimi, Çində isə kommunist rejimi yaradıldı. 30 il müddətinə Yaponiya Asiyanın hegemon dövlətinə çevrildi. 1980-cı illərdən Den Sio Pinin azad bazar siyasəti Çinin hər il 10 faiz ümumi məhsulunu artırması ilə nəticələndi. 2007-ci ildə Çin istehsalına görə Yaponiyaya çatdı, bu gün 60 faiz Yaponiyadan çox məhsul istehsal edir. Çin istehsal etdiyi məhsulların 70 faizini ABŞ və Avropaya ixrac edir. RF ”“sına ixrac isə  cəmi 2 faiz təşkil edir. Rusiya bir dövlət kimi yaranandan bu günə qədər real qorxduğu yeganə ölkə Çindir. Çünki sivil Avropaya Rusiya özünün anormal iqlimi, tənbəl camaatı ilə pulsuz parasız belə lazım deyildir. Heç vaxt heç bir Avropa ölkəsi Rusiyanı işğal edib öz torpaqlarına qatmaq niyyətində olmayıb. Müharibələrin hamısında Avropa Rusiyadan heç bir mənfəət götürmədən insanlarını qurban verməyə hazır olduğuna görə istifadə edib. Rusiyanın yeganə qorxduğu Çindir. Çünki Çinin Ural dağlarından Alyaskaya qədər Rusiya torpaqlarından istifadə edə biləcək insan resursları kifayət qədərdir. Çin Avropa kimi Rusların hüquqlarını qorumaq, sıxışdırmamaq kimi sentimental hissilərlə yaşayan deyildir. Heç 50 il keçməz bu torpaqlarda vaxtilə ruslarında yaşadığı yaddan çıxar. 
 Putinin avanturist siyasəti onun ölkəsini sivil dünyadan təcrid edib. Putin  ölkəsinin iqtisadiyyatını qüdrətli Çin iqtisadiyatına intriqasiya etmək məcburiyyətində qalıb.Çinin liderləri heç vaxt Rusların liderləri kimi siyasəti özlərinin müvəqqəti reytinglərinin qalxması üzərində qurmurlar. Onların siyasətləri ən azı 50 ilə hesablanır. Təqribən 10-15 ildən sonra RF ”“sının Çindən asılılığı 30 faizdən başlayıb 50 ildən sonra 100 faizə çatmalıdır. RF-sı Çindən  torpaqlarını ya bir dəfəlik, ya da 100 ilə icarəyə verməklə canını qurtara biləcək.
 Bu sammitdə Putinin özünü kloun kimi aparması bir daha bu insanın psixikasında ciddi dəyişikliyin baş verməsindən xəbər verir. Obamanın ona məhəl qoymadığı halda özünü dost kimi aparması, üzünə irişib əlini onun çiyninə qoymaq təşəbbüsü istehza doğurur. Diplomatik etiketi pozaraq Çinin başçısının arvadının çiyninə şal atması, ( Qadın bir saniyə ərzində həmin şalı ikrahla mühafizəçiyə verdi. Putin heç bir şey olmamış kimi xəcalət belə çəkmədi.) klounluğun zirvəsidir. Bu yaxınlarda kansler Merkelə heç bir mənası olmayan ədəbsiz anektod deyəndə Merkelin ona öldürücü baxmasından heç bir nəticə çıxarmaması (Merkelə bizdə deyirlər ki, evlənməyin birinci gecəsi gəlin nə edir etsin nəticə bir olacaq anektodunu demişdi) təəccüb doğurur. Böyük bir dövlətin başçısının belə ədəbsiz və mənasız danışmasının müəllifi daxilən bütün parametirləri ilə ədəbsiz adam ola bilər.  Dünyanın elə bir informasiya agentliyi yoxdur ki, Putinin bu hərəkətlərini ələ salmasın. Ancaq o yaxşı bilir ki, bu hərəkətləri ilə o öz xalqı arasında "maço" obrazı yaradır və bu ucuz hərəkətlərindən əl çəkə bilmir.
 Neft və qazın qiymətlərinin 1 barellinin və ya 1000 kub metrinin qiymətinin 70 dollara düşməsilə "Maço"nun ağır günləri başlayacaq. O arxasında geri qayıda biləcək bütün körpüləri partladıb. Krımı geri qaytara bilməz, özünü yaratdığı millətçilər onun axırına çıxarlar. Donbasda müharibəni saxlaya bilməz, o regionda yaratdığı terrorçular Rusiyanın daxilində aləmi qarışdırarlar. Bu insan imicini saxlamaq naminə yeni cinayətlər törətməyə meyllidir. Bu aqresiyaların zonası Azərbaycan və Gürcüstan, Qazaxstan və Moldova ola bilər. Bu insan Ukraynanın Moriopolunu da işğal edib Krımla quru sərhəddinin olmasınada çalışa bilər.  87 milyardlıq hərbi xərci olan Rusiyanın aqressiyasın  7 milyardlıq hərbi xərci olan Ukraynanın alması çox çətindir. Əlbəttə, Ukrayna əsgəri Rus əsgərindən bir neçə pillə yuxarıdır. Ancaq hərbə xərclənən pullar arasında fərq çox böyükdür.
 Bir sözlə, dünya, xüsusilə Azərbaycan çox təhlükəli bir durumdadır. Bu vəziyyətdən çıxmağın bir yolu var, qərb Putinlə çox sərt və ultimatumla danışmalıdır. Əks halda onu başa salmaq mümkün olmayacaq."

Link kopyalandı!
Son xəbərlər