Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyəyə səfər edib
Siyasət
3580
12 Mar 2023 | 21:02

Azərbaycan Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyəyə səfər edib

Azərbaycan Vəkillər Kollegiyasından bir qrup heyət martın 13-14-də Türkiyədə səfərdə olacaq.
 
"Report"un Ankara Bürosunun xəbərinə görə, ikigünlük səfər çərçivəsində heyət ulu öndər Heydər Əliyevin Ankarada yerləşən abidəsini, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcəklər.
 
Proqramda azərbaycanlı heyətin Dövlət Şurasının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədrləri və ədliyyə nazirinin müavini ilə görüşləri nəzərdə tutulub.
 
Bundan başqa, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da heyəti qəbul edəcək.
 
Heyətin Ankarada fəaliyyət göstərən "Azaflı" Hüquq Firmasına da baş çəkəcəyi bildirilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər