Cəfər Hüseynzadə: “Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər” - FOTO
1943
11 Mar 2023 | 14:59

Cəfər Hüseynzadə: “Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər” - FOTO

“2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”.
 
Bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə “Twitter” hesabında yazıb.
 
O bildirib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.
 
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yaymışdı.

Link kopyalandı!
Son xəbərlər