ABŞ Çini də Rusiyanın gününə salmaq istərdi, ancaq...
Siyasət
3790
09 Mar 2023 | 14:48

ABŞ Çini də Rusiyanın gününə salmaq istərdi, ancaq...

Vladimir Jirinovski deyirdi ki, əgər Rusiya yüksəlirsə, deməli, ABŞ batır…
 
Eyni məntiqlə Rusiya batırsa, deməli, Amerika yüksəlir…
 
ABŞ-ın əsas hədəfi o idi ki, Rusiya və Çini ram etsin. Rusiya öz axmaqlığı ucbatından Amerikanın əlinə oynadı və iflasa uğradı. Bu, heç. Gün kimi aydın olan bir həqiqətdir. Ancaq Amerikanın Çini üstələyəcəyi çətin məsələdir. 1890-cı ildən ABŞ dünyanın iqtisadi nəhəngi sayılır. 2030-cu ildə isə Çinin iqtisadiyyat baxımından Amerikanı arxada qoyacağı gözlənilir…
 
Mənim baxışıma görə, Çinlə müqayisədə Amerika çox mütərəqqi ölkədir. Daha çox müsbət keyfiyyətlərə malikdir. Şübhəsiz ki, ABŞ Çini də Rusiyanın gününə salmaq istərdi. Ancaq Çində elə bir xüsusiyyət var ki, Amerika onu məğlub edə bilməz. Yəqin ki, bu, Çinin qədim tarixi ilə bağlıdır…
 

Elbəyi Həsənli, Sürix

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər