Paşinyan Aİ-nin monitorinq missiyası ilə bağlı saziş imzalanacağının anonsunu verib
3883
02 Mar 2023 | 19:33

Paşinyan Aİ-nin monitorinq missiyası ilə bağlı saziş imzalanacağının anonsunu verib

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.

Bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.

"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişin gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var ", - Paşinyan bildirib.

Link kopyalandı!
Son xəbərlər