Macarıstan Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarını veto etməklə təhdid edir.
Bu barədə “Politico”ya adı açıqlanmayan iki Aİ diplomatı bildirib. Məlumata görə, Budapeşt onun Rusiya enerjisinə çıxışına təsir edəcək istənilən sanksiyanı veto edəcəyini bəyan edib. Macarıstanın bundan başqa Aİ-dən 4 nəfərin adının sanksiyalar siyahısından çıxarılmasını tələb etdiyi bildirilir.
Viktor Orbanın bundan başqa sanksiyaların yenilənməsi üçün vaxtın 6 aylıq perioddan 12 aya qaldırılmasına da etiraz etdiyi bildirilib. Məlumat əsasən, Aİ artıq Macarıstanın tələblərini yerinə yetirməyə hazırdır.
Qeyd edək ki, Macarıstan Baş naziri Aİ-nin Ukraynaya silah və maddi yardım etməsinin, eləcə də Rusiyaya sanksiyaların tətbiq edilməsinin əleyhinədir. O, Qərbin dəstəyinin Ukraynada müharibəni uzatdığı qənaətindərir.
“Rusiya bu hücuma başladığı zaman Qərb münaqişəni təcrid etmədi, əksinə pan- Avropa səviyyəsinə qaldırdı. Ukraynada müharibə yaxşı ilə pis arasında münaqişə deyil, iki slavyan ölkəsinin bir-birinə qarşı mübarizəsidir. Bu onların müharibəsidir, bizim yox”, - deyə Orban ötən şənbə günü çıxışında bildirib.