Paşinyan Rusiyanın
Siyasət
4022
22 Feb 2023 | 16:47

Paşinyan Rusiyanın "TORBASINI TİKDİ": Kreml dar ağacına qaldırılır: Qarabağ və Zəngəzur...

"Münhen Təhlükəsizlik Konfransı bir çox mətləblərə aydınlıq gətirdi".
 
Moderator.az bildirir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
 
O bildirib ki, nə Ermənistan-Azərbaycan, nə də Rusiya-Ukrayna arasında yaxın gələcəkdə sülh olacağını gözləməyə dəyməz: 
 
"Mənim üçün qum saatı bu Konfransdan etibarilə işə düşdü. Bu vaxtın ən əsas detalı isə ABŞ-ın Ermənistan-Azərbaycan yol xəritəsinə daxil edilməsidir. Ötən ilin payızında Vaşinqtonun Bakı ilə İrəvan arasında sülhə töhfə vermək üçün cəhdlərini uğursuz adlandıra bilərik. Amma ABŞ-ın bölgəyə ikinci cəhdində uyğun vaxtda müdaxilə etməyi bacarması prosesin davamlı olacağı təəssüratı yaradır. 
 
Amerika inklüzivliyi niyə vacibdir?
 
Ona görə yox ki, onlar digər tərəflərlə müqayisədə qeyri-rezident görünürlər, ona görə ki, dünyada hazırda ədalət və sülh tərəfdarı kimi gözəçarpan əsas aktor kimi Vaşinqtonu qeyd edə bilərəm.
 
Bu gün dünyanı yenidən formalaşdıran da, dünya coğrafiyasını çizən də onlardır. Və şübhə etmirəm ki, gələcəyin dünyası cəmiyyətlərdən getdikcə daha çox asılı olacaq.
 
Amma Ukrayna bu gün böyük qurbanlar bahasına gələcək nəsillərinin gələcək taleyini həll edirsə, demək hər şey olduqca qarışıqdır.
 
Sülh üçün hələ də şansımız qalır
 
Coğrafiya taledir, heç yerə vara bilməzsən. Əlbəttə ki, düşünmürəm bundan sonra istər Azərbaycan-Ermənistan, istərsə də Rusiya-Ukrayna cütlüyü yaxın gələcəkdə çox rahat şəkildə sülh müqaviləsinə imza atacaqlar, aralarındakı bütün məsələləri, problemləri həll edəcək və sonsuza qədər xoşbəxt yaşayacaqlar. Çünki tərəflərin bütün bu baş verənlərdən sonra heç nə olmamış kimi bunu qəbul etmələri sonrakı proseslər üçün əslində daha da qorxulu olardı.
 
Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhəddinə gəlməsi Rusiya üçün regionda təsirinin bitməsi olmasa da, qırılma nöqtəsi, təsir imkanlarının əhəmiyyətli dərəcədə azalması deməkdir. Böyük ehtimalla bundan sonra Moskva regionda daha da fəallaşacaq ki, Soçi görüşlərini yenidən aktuallaşdırsın".
 
Link kopyalandı!
Son xəbərlər