AŞPA həmməruzəçiləri Zəngəzurda - FOTO
Siyasət
3268
19 Feb 2023 | 11:55

AŞPA həmməruzəçiləri Zəngəzurda - FOTO

AŞPA-nın həmməruzəçiləri Kimmo Kilyunen və Borianna Aberq Ermənistanın Syunik vilayətində (Zəngəzur) olublar.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bildirilib ki, onlar yerli sakinlərlə görüşüblər. Həmməruzəçiləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da müşayiət edib.

Məlumata görə, AŞPA həmməruzəçiləri Laçın dəhlizinin Ermənistan tərəfdə olan giriş-çıxışındakı keçid məntəqəsinə də baş çəkiblər.

Qeyd edək ki, bundan əvvəl həmməruzəçilər Cermukda olmuşdular.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər