Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Siyasət
3307
17 Feb 2023 | 21:08

Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd etdi.

Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirdi.

Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.

19:10

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Link kopyalandı!
Son xəbərlər