02:36
                            
17°C
                                            
                                            Bakı
                                         
                            Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası bu ilin oktyabrın 13-də Bişkek şəhərində keçiriləcək.
Bunu Qırğızıstan XİN rəhbərinin birinci müavini Asein İsayev brifinq zamanı bildirib.
"Qırğızıstan bu il MDB-yə sədrlik edir. Dövlət Başçıları Şurasının iclası oktyabrın 13-də keçiriləcək. Bütün MDB dövlət başçıları Bişkekdə toplaşacaq", - İsayev bildirib.
Onun sözlərinə görə, bu il ərzində 80-dən çox tədbir nəzərdə tutulub və 10-dan çox tədbir Qırğızıstan ərazisində keçiriləcək.
 
                             
                             
                             
                            